Rövnəq Abdullayev millimizin rəqiblərini dəyərləndirdi

26.07.2015 | 2854 dəfə oxunub

AFFA prezidenti Rövnəq Abdullayev DÇ-2018 Seçmə mərhələ püşkatmasının nəticələrini şərh edib. Stadium.az xəbər verir ki, Rövnəq Abdullayev Azərbaycan millisinin düşdüyü qrupu şərh edərkən belə danışıb:

“Milli komandamızın maraqlı oyunların keçiriləcəyi qrupda yer aldığını düşünürəm. “San-Marino yığmasının digər rəqiblərimizlə müqayisədə ən aşağı reytinqə sahib olduğu məlumdur. Şimali İrlandiya yığması ilə ötən seçmə mərhələdə qarşılaşmışıq, Norveç komandası ilə hazırkı seçmə mərhələdə artıq iki oyun keçirmişik və bu komandaları yaxın keçmişin tanış rəqibləri adlandıra bilərik. Çexiya yığması son dövrlərdə çox yüksək nəticələrə nail olmasa da, müxtəlif vaxtlarda bu komandanın mötəbər turnirlərdə gözəl oyunlarını izləmişik. Son dünya çempionatının qalibi olmuş Almaniya milli komandası barədə hər hansı xüsusi fikir bildirməyə ehtiyac duyulmadığını düşünürəm. Ümidvaram ki, millimiz dünya çempionatının seçmə mərhələsində əldə etdiyi nəticələrlə azarkeşlərə sevinc bəxş edəcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail