"Zirə"dən daha bir rəsmi transfer

27.07.2015 | 2877 dəfə oxunub

Premyer Liqaya hazırlığı Türkiyənin Ərzurum şəhərində davam etdirən “Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Stadium.az xəbər veri ki, debütant serbiyalı mərkəz müdafiəçisi Yovan Krneta ilə anlaşıb.

Klub saytından bildirilib ki, yeni oyunçu ilə bir illik müqaviləyə imza atılıb. Yovan artıq Ərzurumdadır və komandanın düşərgəsinə qoşulub.

Bildirək ki, Krneta Serbiyanın “Partizan” klubunun yetirməsidir. Yeniyetmə yaşlarından “Partizan”ın əsas komandasına cəlb olunsa da, oynamaq şansı qazanmayıb. Belədə Yovan 2011-ci ilin yanvar ayında “Partizan”ın əzəli rəqibi “Srvena Zvezda” ilə müqavilə bağlayıb. Əvvəlcə klub rəhbərliyi onu oyun təcrübəsi qazanmaq üçün icarəyə verib.

2012-ci ildə isə millimizin hazırki baş bəşqçisi Robert Prosineçki “Srvena Zvezda”da çalışarkən müdafiəçini komandaya qaytarıb. Ötən il “Radniçki” ilə anlaşan 23 yaşlı Krneta bu ilin əvvəlində Ukraynanın “Çernomorets” klubuna keçib. Komandasının müdafiə xəttinin liderlərindən olan Yovan müqaviləsi başa çatdığı üçün yayda Ukraynadan ayrılıb.

“Zirə”nin yeni futbolçusu həmçinin, 19 yaşa qədər futbolçulardan ibarət Serbiya yığmasında da çıxış edib və Avropa çempionatında forma geyinib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail