Almeyda: "Çoxları Azərbaycan çempionatını tanımır"

28.07.2015 | 3731 dəfə oxunub

"Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi  Riçard Almeyda məşhur ESPN nəşrinə müsahibə verib. Stadium.az Almeydanın maraqlı fikirlərini təqdim edir:

"Çoxları Azərbaycan çempionatını tanımır. Ancaq mən şan-şöhrət axtarmıram. Sadəcə, ailəmə kömək etməyə çalışıram. Azərbaycan Premyer Liqası güclü olmaya bilər, amma maliyyə durumu yaxşı vəziyyətdədir.

Azərbaycan gözəl ölkədir, paytaxt Bakı bir növ Dubayı xatırladır. Kluba böyük maliyyə vəsaiti yatırılır. İş strukturu fantastikdir. Komandanın artıq yeni gözəl stadionu və çox yaxşı məşq meydançası var.

Müharibə "Qarabağ"a da təsir edib. Bu barədə mənə çox danışıblar. Qonşu Ermənistanla münaqişə çox ciddidir. Nə onlar Azərbaycana gəlir, nə biz oraya gedə bilirik. Müharibə hər zaman ağırdır. İndi sözün həqiqi mənasında bu iki xalq bir-birinə nifrət edir.

Rusiyanın bu ölkəyə təsiri böyükdür. Lakin Azərbaycanda müsəlmanlar çoxluq təşkil edirlər. Burada siz alkoqollara rast gələ bilmərsiniz. Ümumiyyətlə, qadınlar nadir hallarda evdən çölə tək çıxırlar. Onları hər zaman yaxınları müşaiyət edir. Ailəm, həyat yoldaşım buranı çox sevir. Əlbəttə, mənim arzum daha güclü çempionatlarda oynamaqdır. Ancaq bu baş verməsə, "Qarabağ"da qalmaq istəyirəm".



  #1   Adınız: Subhan;   E-mail: [email protected]

28.07.2015 10:12

Sene bir soznen halaldir.
Sen layiqli Futbolcusan.
Men Garabagi Almeidasiz tesevvur ede bilmirem bilmerem.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail