UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Seltik"lə qarşılaşacaq "Qarabağ” iyulun 27-də Şotlandiyaya yola düşüb. Azerisport.az xəbər verir ki, 6 saatlıq uçuşdan sonra Şotlandiyanın paytaxtına çatan Ağdam klubu bu gün oyunun keçiriləcəyi stadionda yerli vaxtla saat 19:45-də (Bakı vaxtıyla 23:45-də) məşqə çıxacaq.
Komandanın baş məşqçisi Qurban Qurbanov səfər öncəsi ANS-in suallarını cavablandırıb. Şotlandiyada onları çətin oyun gözlədiyini bildirən Qurbanov, maksimum səhvsiz oynamağa çalışacaqlarını bidlirib.