Şəhriyar Əliyev: "Türkiyə toplanışında səmərəli çalışmağımızın komandaya müsbət təsirini görəcəksiz”"

30.07.2015 | 2797 dəfə oxunub

“Bakıda komandanın fiziki durumunu yüksəltdik, Türkiyədə isə taktiki hazırlıq üzərində işlədik. Üç yoxlama oyunu keçirdik. Bu da futbolçuların bir-birinə uyğunlaşmasına yardımçı oldu”.

Stadium.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Şəhriyar Əliyev deyib.

Klubun mətbuat xidmətinə Ərzurum toplanışını dəyərləndirən müdafiəçi daha sonra bunları əlavə edib: “Türkiyədə komanda demək olar ki, formalaşdı. Qardaş ölkədə keçirdiyimiz hazırlığın böyük xeyri dəyəcək. Mən şəxsən belə fikirləşirəm. Bunun bəhrəsini çempionatda mütləq görə biləcəyik”.

Şəhriyar Əliyev “Kəpəz”ə “Qarabağ”dan keçib. Futbolçu icarə əsasında qarşıdakı futbol mövsümündə Nizami yurdunun təmsilçisinin şərəfini qoruyacaq: “Ağdam klubunun futbolçuları uzun illərdi bir yerdə çıxış edirlər. Hazırda daha yaxşı oyun sərgiləyirlər, oyunçular bir-biriləri ilə əla anlaşırlar. Bizə də özümüzü göstərmək üçün zaman lazımdı. Yeni komandayıq, hazırlaşmaq üçün vaxtımız azdı. Ərzurumda həm biz futbolçular, həm də məşqçilər qısa vaxtdan lazımınca istifadə etdik. İnşallah, Türkiyə toplanışında səmərəli çalışmağımızın komandaya müsbət təsirini görəcəksiz”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail