Roman Qriqorçuk: "Onların heyətində yüksək səviyyəli, sürətli futbolçular yer alıb"

30.07.2015 | 2911 dəfə oxunub

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Apollon” (Kipr) ilə ilk oyunundan əvvəl “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun iştirakı ilə mətbuat konfransı keçirilib. Stadium.az xəbər verir ki, ukraynalı mütəxəssis bunları söyləyib:

“Bu mərhələyə qədər az yol qət etməmişik. Komandamız da, rəqibimiz də iki mərhələ keçib. Düşünürəm ki, niyyətimiz də eynidir. Hər iki komanda növbəti mərhələyə yüksəlmək istəyir. Biz sabah mümkün olan hər şeyi edəcəyik ki, mərhələ keçməyə imkan verən nəticə qazanaq. Bizi asan oyun gözlədiyini düşünmürəm. Rəqibimiz çox güclü komandadır. Onların heyətində yüksək səviyyəli, sürətli futbolçular yer alıb. “Apollon” yaxşı, təşkilatlanmış oyun nümayiş etdirir. İzlədiyim oyunlarda da komanda çox inamlı təsir bağışlamışdı. Bunlara əsasən deyə bilərəm ki, rəqibimiz çox güclü komandadır. Kipr komandasının ən güclü tərəfi oyunçularının fərdi ustalığıdır. Xüsusilə də bunu hücum xətti barədə demək olar. Cinah müdafiəçilərin effektli oyununu da qeyd etmək olar. Məhz sadaladıqlarım da “Apollon”un əsas güclü tərəfidir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail