"Cavid Hüseynov cəzalandırılacaq"

31.07.2015 | 8399 dəfə oxunub

"Apollon"la görüşün son dəqiqələrində “Qəbələ”nin qazandığı penalti haqlı qərar idi”.

Stadium.az xəbər verir ki, bu sözləri AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

UEFA Avropa Liqasının III təsnifat mərhələsində baş tutan “Apollon” - “Qəbələ” (1:1) matçında hakim idarəçiliyini dəyərləndirən Məmmədov “Qəbələ”nin lehinə son dəqiqələrdə penalti təyin edən ukraynalı Sergey Boykonun qərarını haqlı sayıb: “Hakim, bəlkə də, həmin epizodda penalti verməyəcəkdi. Sadəcə, ötürmə zamanı Boykonun mövqeyi əla idi. Başqa hakim olsaydı, bəlkə də, eyni qərarı verməzdi. Ancaq o, özündə cəsarət tapıb penaltini təyin etdi”.

Penalti zərbəsini qola çevirən “Qəbələ”nin kapitanı Cavid Hüseynovun jesti barədə də danışan komitə sədri ukraynalı hakimin bu dəfə səhvə yol verdiyini qeyd edib: “Cavid Hüseynovun həmin hərəkəti təxribatçı jest idi. Hakim onu cəzalandırmalı, qırmızı vərəqə göstərməli idi. Ancaq həmin anda bütün diqqətlər ehtiyat oyunçular skamyası tərəfə yönəlmişdi. Çünki orda gərginlik yaşanmışdı. Ora da Cavidin olduğu yerdən tam əks istiqamətdə idi. Həm baş hakimin, həm də köməkçilərinin gözü gərginlik yaranan yerdə olduğundan, Cavidin jestini görmədilər. Ancaq məncə, futbolçu cəzalandırılacaq. Yəqin ki, UEFA-nın Nizam İntizam Komitəsi buna görə, ona cəza verəcək”.

“Qəbələ” ilə “Apollon” arasında cavab görüşü avqustun 6-da “Bakcell Arena”da keçiriləcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail