"Rəvan" keçmiş hücumçusunu geri qaytarır

31.07.2015 | 2926 dəfə oxunub

Mindauqas Kalonas yenidən Azərbaycana qayıdıb. Stadium.az xəbər verir ki, litvalı futbolçu "Rəvan"ın dəvəti ilə ölkəmizə gəlib.

Kalonas hazırda klubun bazasındadı. Amma onunla müqavilə bağlanıb-bağlanmayacağı hələ bilinmir. Çünki "Rəvan"ın təklif etdiyi pulun məbləği o qədər də böyük deyil. Əsas məsələ futbolçunun bu pulla ölkəmizdə oynamağa razılıq verməsidi.

Kalonas 2012/13 mövsümünün ikinci hissəsini "Rəvan"da keçirib. 31 yaşlı litvalı yarımmüdafiəçi 15 oyuna çıхıb və 8 qol vurub. O, 2013/14 mövsümünün ilk yarısında "Bakı"nın (18 oyun, 6 qol), ikinci dövrəsində "Simurq"un (5 oyun) formasını geyinib.

Ölkəmizdən ayrıldıqdan sonra İsraildə "Hapoel"in (Hayfa) və Latviyada "Skonto"nun formasını geyinən Kalonas əvvəllər Rusiyanın "Dinamo" (Moskva), "Rubin", "Kuban", Portuqaliyanın "Braqa", İrlandiyada "Bohemians", Ukraynada "Metallurq" (Zaparoje), Polşada "Stomil", Latviyada "Metallurq" və "Riqa" klublarında çıхış edib. O, Litva millisində 43 oyun keçirib və 3 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail