Cavid Hüseynov: "Əlbəyaxa dava başladı, kim kimə gəldi vururdu" - MÜSAHİBƏ

31.07.2015 | 8325 dəfə oxunub


“Qəbələ”nin kapitanı Cavid Hüseynovun apasport.az saytına müsahibəsi


- Səfərdə “Apollon”la görüşdə sərfəli nəticə qazanmaqla, pley-offa adlamaq şansınızı artırdız. Rəqibdən üstün oyun göstərəcəyinizi gözləyirdizmi?

- “Apollon”u təhlil edəndə, üstün cəhətlərini müəyyənləşdirmişdik. Güclü tərəflərini bilirdik və ona hazır idik. Vətənə sərfəli nəticə ilə dönmək istəyirdik, buna da nail olduq.  


- “Qəbələ”nin “Apollon”la səfərdə heç-heçə edəcəyini çoxları gözləmirdi. Razısız ki, komandanız oyundan-oyuna “artırır”?

- Düzdü. Belə götürəndə, bu oyuna qədər hər iki səfər matçında bir az yaxşı çıxış etməmişdik. Amma həm “Dinamo”, həm də “Çukariçki” ilə ev görüşlərində inamlı oynamışdıq. Dünənki qarşılaşmada komanda olaraq yığışdıq və sözü bir yerə qoyduq ki, səfərdə də nəticə əldə etməyin vaxtıdı. Allaha şükürlər olsun ki, yaxşı nəticə ilə qayıtdıq. Amma bu, hələ heç nə demək deyil. Qeydə alınan nəticə bizi arxayınlaşdırmır, əksinə əlavə stimul verir ki, cavab oyununda bundan da yüksək səviyyədə çıxış edək və qələbə qazanaq.


- Kiprlilər hakim idarəçiliyindən narazı qalıblar. Ukraynalı referinin idarəçiliyi barədə nə deyə bilərsiz?

- Əslində, hakimlik barədə danışmağım bir az düzgün deyil. Penalti  epizodu ilə bağlı sizə yüz faiz əminliklə deyirəm ki, oyundan sonra həmin epizodun təkrarına çox baxmışıq. Rəqib futbolçunun bizim oyunçumuzu necə qucaqlayıb, yerə yıxdığı tam aydın şəkildə görünür. Hakim də epizod baş verən yerdən 7-10 metr arxadadı, yəni epizodu açıq şəkildə izləyir. Ofsayd epizodu ilə bağlı isə onu deyə bilərəm ki, orda ofsayd yox idi. Hakim səhvi idi, nə deyək?  


- Penalti epizodlarında soyuqqanlı davranmağınız müsbət haldı. Ancaq dünənki görüşdə 11 metrlik cərimə zərbəsini həddindən artıq riskli yerinə yetirdiz. Adətən zərbəni mərkəzə vuranda ya göylə, ya da bir qədər güclü yerinə yetirirlər ki, qapıçı buna reaksiya verə bilməsin. Siz isə çox sakit zərbə ilə penaltini qola çevirdiz...

- Sualınızı başa düşdüm. Şükürlər olsun ki, mən indiyə kimi penalti epizodlarını heç vaxt qaçırmamışam. Penalti vuranda çox sərbəst oluram, özümə inanıram. Sona qədər qapıçıya baxıram ki, hansı tərəfə meyllənir. Gördüm ki, rəqibin qapıçısı vaxtından çox tez cinaha tullandı. Buna görə də, topu orta tərəfə vurdum. Penalti nöqtəsi olan ərazinin nə vəziyyətdə olduğunu görsəydiniz... Meydançanın o hissəsi çox bərbad vəziyyətdə idi. Qazon elə idi ki, hər an ayağım sürüşə bilərdi. Buna görə də, sakit tərzdə yaxınlaşdım topa ki, zərbəni dəqiq vurum. Yəni penaltini gücün hesabına yerinə yetirmədim. Mən həm qapıçıya, həm də topa nəzarət edirdim.


- Qol sevinciniz çox müzakirə olunur. Tərəfinizi saxlayanlar da var, sizi qınayanlar da. Qol vurduqdan sonra etdiyiniz hərəkət sırf qol sevinci idi, yoxsa azarkeşlərə ünvanlanmış hərəkət?

- Bilirsiz necədi? Hələ penalti epizoduna qədər baş verənləri bəlkə də siz görmədiniz. Biz o anları orda yaşadıq. Keçirdiyim hissləri bəlkə də orda olan futbolçulardan, bizdən başqa heç kim keçirə bilməz. Penalti epizoduna qədər 15-20 dəqiqə bayrağımızın o vəziyyətə salınması mənə çox pis təsir etdi. Sözün düzü, oyundan çox fikrim orda qalmışdı. Hətta onların futbolçusuna da dedim ki, heç olmasa, siz bir şey edin, bayrağımızı yandırırlar. Yarısı yandı, yarısı söndü, axırda bayrağı cırdılar. Axı futbolda nəyə görə bayrağa qarşı bu cür təhqirlər olmalıdı? Bayraqla bu cür rəftar edirlərsə, nə peşəkarlıq?! Odu ki, penaltini yerinə yetirdikdən sonra etdiyim hərəkət qol sevincindən çox onlara qarşı bir etiraz idi. Demirəm ki, düz eləmişəm. Etdiyim həmin hərəkətə görə öncə xalqımdan üzr istəyirəm. Ancaq xalqımdan, başqa heç kimdən yox. Nə onların azarkeşindən, nə də futbolçusundan. Sadəcə, o jest yaxşı jest deyildi. Bizə də televiziya vasitəsilə milyonlarla azərbaycanlı baxırdı. Buna görə bir az peşmanlıq çəkirəm.


- Penaltini yerinə yetirdikdən sonra oyun dayandı. Hamı matçın başa çatdığını güman etsə də, sonradan görüş daha bir neçə dəqiqə oynanıldı...

- Mən penaltini vurandan sonra bizim ehtiyat oyunçular skamyasına hücum oldu. Hakim də gördü ki, vəziyyət çox gərgindi. Buna görə də, komandaların paltardəyişmə otağına tərəf getməsini istədi.


- Həmin vaxt tuneldə dava-dalaşın baş verməməsi mümkünsüz idi. Elə deyilmi?

- Dava-dalaş nədi, əsl qırğın idi (gülür). Biz içəri girəndə onların oyunçuları, orda olan işçilər, bir sözlə, hamı üstümüzə düşdü və əlbəyaxa dava başladı. Kim kimə gəldi vururdu, kim kimi gəldi döyürdü. Atmosfer qarışmışdı. Sözün düzü, biz də elə bildik ki, oyun başa çatıb. Hətta yuyunmaq üçün “duş”un altına girmişdim. Amma bir də gördük səsləyirlər ki, 3 dəqiqə qalıb, oyunu davam etdirmək lazımdı. Yenidən çıxdıq meydançaya.


- Matç başa çatandan sonra kiprlilər tərəfindən sizə qarşı təzyiq oldumu?

- Xeyr. Oyundan sonra polis nəzarəti altında stadionu tərk etdik. Sonra da Bakıya qayıtdıq.


- Bakıda keçiriləcək cavab matçından nə gözləyirsiz? Hər halda, səfərdəki nəticə “Qəbələ”nin bu mərhələni də adlamaq şansını artırır...

- Evdə də ağır, hətta deyərdim ki, çox ağır oyun olacaq. Buna görə də, azarkeşlərdən dəstək istəyirik. Kiprlilər bizə qarşı etdikləri hərəkət cavabsız qalmamalıdı. Necə olur ki, indiyə qədər bütün komandaların azarkeşlərini elə biz başa düşməliyik, anlayış ancaq bizdən tələb edilir. Amma bizə qarşı heç kim anlayışlı olmur. Əsas bayraq söhbəti var. Buna görə də, bütün azarkeşləri stadiona dəvət edirik, xalqımızdan dəstək istəyirik. Azarkeşlik etsinlər, bir dəqiqə də olsun, susmasınlar. Gürcülərin cavabı verildiyi kimi, kiprlilərin də cavabı verilməlidi. Bu, elə-belə qalmamalıdı.  (apasport)



  #1   Adınız: Samir;   E-mail: [email protected]

02.08.2015 02:30

Ogulsan Cavid

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail