"Ondan sonra hər şey yoluna düşəcək"

19.09.2011 | 5652 dəfə oxunub

"Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqovun müsahibəsi:

- Ağdamda “Qəbələ”yə, sonra gözləmədiyimiz halda Sumqayıtda xal itirdik. “Xəzər Lənkəran”la oyunun çox çətin keçəcəyini bilirdik. Ona görə də ciddi hazırlaşmışdıq. Bu oyuna dönüş nöqtəsi kimi baxırdıq. Qalib gəlsəydik, vəziyyətimizi yaxşılaşdıra bilərdik. Amma olmadı. Hər şey əksinə baş verdi.

- Artıq 3 turdur qələbə qazana bilmirsiz... 
- Bütün oyunları bir yerə yığsaq, xeyli sayda qol vəziyyəti yaratmışıq. Amma vura bilməmişik. Nədənsə top qapıya getmir. Elə bu oyunda da nə qədər qol vurmaq imkanımız oldu. «Xəzər» bizə tərəf bir zərbə vurdu, top qapının “doqquzluğ”una getdi. Futbolda belə şeylər olur. Nə qədər çalışdıq və hücumlar etdik, top qapıdan keçmədi ki, keçmədi!

- “Xəzər Lənkəran”a qalib gəlməməyi yalnız bununla əlaqələndirirsiniz?
- Yorğunluq hardasa hiss olunur. Digər komandaları götürsək, biz istirahət etmədən avrokuboklara hazırlaşdıq. Ondan sonra millidə təlim-məşq toplanışında olduq, iki oyuna çıxdıq. Bu yorğunluq da get-gedə özünü göstərir. Bizdə belə eniş həmişə çempionatın əvvəlində olur. Psixoloji gərginlik də var indi. Qol vura bilməyəndə oyunumuz pozulur və komanda ruhdan düşür. “Sumqayıt”la oyunda 10 qol vəziyyəti yaratdıq, top qapıdan keçmədi. “Xəzər”ə də dörd qol vurmaq imkanımız varıydı. Top dirəkdən qayıdır. Bir epizodda Adamiya qapıya zərbə vurmaq istəyir, top ayağından çıxır. Nə deyim axı? Özünüz görürsüz ki, vəziyyətdən çıxmağa çalışırıq.

- Bir qədər əsəbi idiz. Əvvəl Elnur Allahverdiyev, sonra Kamran Ağayevlə mübahisə etdiniz…
- Elnur sərt oynayırdı. Ona dedim ki, ehtiyatlı oyna. Mən də müdafiəçiyəm, belə sərtlik lazım deyil axı. Raufa qarşı sərt oynadı, onda artıq əsəbləşdim. Orda hakim sarı vərəqə göstərdi, yenə də sakit dayanmadı və “qırmızı” aldı. Biz cərimə zərbəsi vurmağa hazırlaşırıq, o isə hakimlə mübahisə edir. Kamran Ağayev isə vaxtı uzadanda yaxınlaşıb, sözümü ona dedim. “Sumqayıt”la oyunda da əsəbi idim, özümü güclə saxladım. Dəhşətli yorğunluq hiss edirəm. Artıq ayaqlarım getmir. Bütün bunlar istər-istəməz oyunuma da təsir edir. Qol vurmayanda isə pis əsəbləşirəm.

- Çıxış yolunu nədə görürsən?
- Tezliklə toparlanıb, uğursuzluqdan çıxmalıyıq. İndi hər itirilən xal ziyanımıza işləyir. İlk növbədə çalışmalıyıq ki, vəziyyətləri boşa verməyək, qol vuraq. Bu problemi aradan götürsək, onda gərginlik də getdikcə azalacaq. Əsas qol vurub, qələbə qazanmaqdır, ondan sonra hər şey yoluna düşəcək.

- Sizə elə gəlmirki, komandada “vuran ayaq” çatışmır. 
- Bəzən elə vəziyyətlərdə qol vururuq ki, heç ağlımıza da gəlmir. Amma elə vəziyyətlərdən qol vura bilmirik ki, onda pis oluram. Top qapıya getməyəndə isə heç nə edə bilmirsən. Bizdə qol vuran oyunçular var. Avrokuboklarda komandanın qollarını onlar vururdu da. İndi bir az şanssızlıqdır. Yaxşı oyun və qol vurmaq bacarığını göstərmək üçün meydança də böyük rol oynayır. Suraxanıda ot örtüyü yaxşı oyun göstərməyə imkan vermir. «Qarabağ» top saxlamağı xoşlayır və daha çox ötürmələr edir. Belə kələ-kötür meydanda topu bir deyil, iki-üç toxunuşla saxlamaq olur. Təkcə «Qarabağ» deyil, bütün klublar əvvəl meydanları düzəltməli, sonra futbolçulardan oyun tələb etməlidir. Futbolumuzun inkişaf etməsini istəyiriksə, stadiondan başlamalıyıq işə. Bizim məqsədimiz tilsimi qırıb, uğurlu çıxışa başlamaqdır.

- Bu uğursuzluqdan sonra rəhbərliyin sizə sözü nə oldu?
- Rəhbərlik bizə təskinlik verdi. Onlar hər zaman olduğu kimi, yenə də bizim yanımızdadırlar. Bu uğursuzluqdan çıxmaq üçün arxamızda olacaqlarını dedilər. Onların etimadını doğrultmaq üçün hamımız səfərbər olub, qarşıdakı oyunlarda uğursuzluğa son qoyacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail