Yunis Hüseynov transfer qadağasından narahat deyil

04.08.2015 | 3329 dəfə oxunub

FİFA tərəfindən qoyulan transfer qadağası "Xəzər Lənkəran"ın uğurlu çıxışına mane olmayacaq. Stadium.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yunis Hüseynov bildirib.

50 yaşlı mütəxəssis transfer qadağasına baxmayaraq, çempionatda uğurla çıxış etməyə çalışacaqlarını bildirib: "Belə qərar verilibsə, nə edə bilərik? Təbii ki, əlimizdəki futbolçularla çempionata başlayaraq, ilk 3 turda uğurlu nəticə əldə etməyə çalışacağıq".

Y.Hüseynov yeni transfer L’imam Seydinin bu gün Azərbaycana gələcəyini də deyib. 29 yaşlı fransalı hücumçu ilk olaraq Lənkərana səfər edəcək və komandanın düşərgəsinə qoşulacaq. Daha sonra L.Seydi müqavilə imzalamaq üçün Bakıya gələcək və 2 illik müqavilə imzalanacaq. Amma bu və digər yeni transferlər yalnız avqustun 31-dən sonra rəsmi oyunlarda meydana çıxa biləcəklər.

İdman Arbitraj Məhkəməsi (CAS) "Xəzər Lənkəran"a qoyduğu transfer qadağasını qüvvədə saxlayıb. Qərara əsasən, qadağa avqustun 31-dək davam edəcək. Bu müddətdə "ağ-yaşıllar" Azərbaycan Premyer Liqasının "İnter" və "Rəvan"la ev, "Sumqayıt"la səfər matçlarında yeni transferlərinin xidmətindən yararlana bilməyəcək. "Xəzər Lənkəran" 2011-ci ilin yayında transfer olunmuş və heç bir oyunda forma geyinmədən komandadan göndərilmiş bosniya və herseqovinalı futbolçu Veldin Muharemoviçin şikayətindən sonra transfer qadağasına məruz qalıb. (Report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail