Qurban Qurbanov: "Seltik" kimi komandaya qarşı oynamaq asan deyildi"

06.08.2015 | 3617 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə "Seltik"lə 0:0 bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Həqiqətən qələbə qazanmağı çox istəyirdik. Ancaq alınmadı. Yüksək səviyyəli komandaya qarşı mübarizə aparırdıq. Azarkeşlərə təşəkkürümü bildirəm. İlk oyundan sonra demişdim ki, Şotlandiyada 60 min tamaşaçı var idi. Bakıda 30 min azarkeş olacaq. Lakin onlar sizdən geri qalmayacaq. Belə də oldu. Olar bizi sonadək dəstəklədilər.

- Bu oyunda Al Harbi, Dani Kintana, Raydell Puponun"Qarabağ"ın ən zəif futbolçuları olması fikri ilə razısınız?

- Xeyr. Mən meydanda zəif futbolçu görmədim. Ümumi götürsək, hər biri üzərinə düşəni etdi. "Seltik" kimi komandaya qarşı oynamaq asan deyildi. Futbolçularımın hamısından razı qaldım.

- "Qarabağ"ın müdafiəçiləri qapıçı Sehiçlə çox oynayırdı. Xüsusən də İlqar Qurbanov topu qapıçıya çox ötürürdü.

- Görürəm ki, fikirlərimiz üst-üstə düşmür. Belə meydanda oynamaq çətin idi. Digər futbolçular kimi İlqardan da razı qaldım.

- 2009-cu ildən rəhbərlik etdiyiniz ən zəif "Qarabağ"ı gördüyümüzü söyləmək olarmı?

- Bu fikirlə razı deyiləm. Biz "Seltik"ə qarşı oynayırdıq. Bu günə qədər də komandada çatışmazlıqlar olub. Nəticədən razı qaldım. Mən komandamı zəif hesab etmirəm. Hər bir futbolçuya çox sağ ol deyirəm. Komandama zəif deməmişəm, bundan sonra da demərəm.

- Yeni transferlər növbəti mövsüm çempion olmaq üçün nəzərdə tutulub, yoxsa avrokuboklarda daha da irəliləmək üçün komandaya cəlb edilib?

- Komandada çatışmazlıq ola bilər. Biz onları həm çempinat, həm də avrokuboklar üçün gətirmişik.

- "Qarabağ" artıq altı oyundur ki, evdə qələbə qazana bilmir. Bunun səbəbi nədir?

- Azarkeşlər hər dəfə bizi dəstəkləyirlər. Biz də onları sevindirmək istəyirdik. Hər oyunda onları razı salmağa çalışırıq. Ən istəmədiyim şey onların stadiondan məğlub ayrılmasıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail