Azərbaycanlı futbolçu Almaniya millisində

06.08.2015 | 4301 dəfə oxunub

2013-2014-cü illər ərzində 16 yaşadək futbolçulardan ibarət millimizdə (U-16) çıxış etmiş Renat Dadaşov almanların diqqətini özünə çəkə bilib. Stadium.az xəbər evrir ki, 17 yaşadək millimizin baş məşqçisi Təbriz Həsənovun verdiyi məlumata görə, Renat artıq Almaniya yığmasının oyunçusudu.

O, hazırda Almaniyanın U-16 millisində çıxış edir. "Leypsip"in hücumçusu yığmada keçirdiyi 6 oyunda 4 qol vurmaqla almanların seçimini doğruldub (bunu Almaniya Futbol İttifaqının saytından da görmək mümkündü). Onun keçirdiyi 6 matçda almanlar 2 dəfə qələbə qazanıb, 3 dəfə heç-heçə edib və 1 dəfə uduzub.

Mayın 17-də 16 yaşını tamamlamış Renat Dadaşov vaxtı ilə əsas millimizdə də çıxış etmiş Rüfət Dadaşovun kiçik qardaşıdı. O, Aslan Kərimov və Təbriz Həsənovun vaxtında U-16 millimizə çağırılıb. Onda Frankfurt "Ayntraxt"ının oyunçusu olan Renat ötən ilin aprelində Almaniyada "Veen Vizbaden" klubu ilə yoxlama matçında (2:0) komandamızın qollarından birini vurmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail