Tale Heydərov: "Bu mərhələyə qədər gələcəyimizi gözləmirdik"

07.08.2015 | 3510 dəfə oxunub

UEFA Avropa Liqası III təsnifat mərhələsi cavab qarşılaşmasında “Qəbələ” öz meydanında Cənubi Kiprin “Apollon” klubu məğlub etdi - 1:0. Stadium.az xəbər evrir ki, oyundan sonra “Qəbələ” klubunun prezidenti Tale Heydərov jurnalistlərə müsahibə verib.

- Oyunla bağlı təəssüratlarınızı bildirin zəhmət olmasa...

- Bu mərhələyə qədər gələcəyimizi gözləmirdik. Çox sevindirici haldı ki, komanda bunu bacardı. Bu, bizim üçün böyük uğurdu. Davamının gəlməsini arzulayırıq.

- Pley-off daha çətin mərhələdi. Bununla bağlı nə deyə bilərsiniz?

- Bayaq da qeyd elədim, inanmırdıq ki, bu səviyyəyə gələk çataq. Komanda sağ olsun ki, bura qədər irəliləyə bildi. Bundan sonrakı mərhələni keçmək daha da çətin olacaq. Ancaq məqsədimiz pley-offu da keçmək və qrupa düşməkdi. Oyunçular da əllərindən gələni edəcəklər ki, uğur qazansınlar.

- Növbəti mərhələyə kimi müəyyən qədər vaxt var. Yeni futbolçunun transferi mümkündürmü?

- Mümkündür. Hazırda bu istiqamətdə danışıqlar gedir. Hücumameyilli bir futbolçunun keçidini həll etmək istəyirik. Bununla bağlı məşqçilərlə söhbət etmişik.

- Pley-off mərhələsindəki ev oyununun daha böyük stadionda keçirilməsi gündəmdədimi?

- Əlbəttə, bu variant var. Müzakirə olunacaq. Biz istənilən arenada oynamağa hazırıq. “Bakcell Arena”da da azarkeşlər gəlir dəstəkləməyə, ümid edirəm ki, digər stadionlara da gələcəklər. Yeri gəlmişkən bütün azarkeşlərimizə təşəkkür edirik, bizi tək qoymadılar. Hər zaman dəstəklərini yanımızda hiss edirik.

- Oyunçulara mükafat veriləcəkmi? Məbləğ təxminən nə qədər olacaq?

- Oyunçuların bu uğuru mütləq mükafatlandırılacaq. Biz onları daha da həvəsləndirmək üçün bunu edirik. Ancaq konkret bir rəqəm deyilməyəcək. Yeri gəlmişkən deyim ki, keçən mərhələdən sonra mətbuatda bir rəqəm yazılmışdı, o çox şişirdilmiş rəqəm idi. Həqiqəti əks etdirmir



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail