"Qəbələ" bunu bacaran 4-cü Azərbaycan klubu oldu

07.08.2015 | 3402 dəfə oxunub

“Qəbələ” Azərbaycan futbolu tarixinə pley-offa çıxan 4-cü komanda kimi düşüb. Stadium.az xəbər verir ki, Avropa Liqasının III təsnifat mərhələsində Kiprin “Apollon” klubunu mübarizədən kənarlaşdıran (1:1, 1:0) “qırmızı-qaralar” 2009/10 mövsümündən indiki formatda keçirilən yarışda ilk dəfə pley-offa yüksəlib 

Bununla da əyalət klubu “Bakı”, “Qatabağ” və “Neftçi”nin ardından pley-offa çıxan 4-cü komandamız olub. Sonuncular 2, paytaxtın eyniadlı təmsilçisi 1, Ağdam klubu isə 5 dəfə bunu bacardığından “Qəbələ” ümumilikdə 9-cu pley-offumuzu gerçəkləşdirəcək.

Bunlardan 4-ü Çempionlar Liqasından Avropa Liqasının pley-offuna yuvarlananlardı. “Bakı” (2009/10), “Neftçi” (2012/13), “Qarabağ” (2014/15., 2015/16) qitənin ən nüfuzlu klub turnirindən gələnlərdi.

“Qəbələ”yə qədər Avropa Liqasında mübarizə aparıb, pley-offa yüksələnlər isə “Qarabağ” (2009/10, 2010/11, 2013/14) və “Neftçi” (2014/15) olmuşdu.

Ümumiyyətlə isə ilk pley-offçumuz 2009-cu ildə Çempionlar Liqasında uduzub, Avropa Liqasına yollanan “Bakı” olub. Həmin mövsüm “Qarabağ”da bu mərhələyə yüksəlib. 6 il sonra – ötən mövsüm yenə 2 komandamız pley-offda çıxış edib. Cari mövsümdə də bu uğur təkrarlanıb.

Ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə iki komandayla mübarizə aparacağımız mərhələyə yalnız 1 dəfə - 2011/12 mövsümündə həsrət qalmışıq. Onda heç bir komandamız bu qədər irəliləməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail