Qurban Qurbanov: "İndidən yalnız “Yanq Boyz” haqda düşünmək doğru olmaz"

08.08.2015 | 3630 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin püşkü haqda danışıb. Stadium.az xəbər verir ki, mütəxəssis klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları İsveçrənin "Yanq Boyz" klubunun əsl gücünü ilk oyundan sonra görəcəklərini bildirib:

"Avropa Liqasının bu mərhələsində zəif rəqib olmur. Püşkatmadan sonra “Yanq Boys” haqda kiçik araşdırma apardım. Maraqlı komandadır. Zəngin Avropa təcrübəsinə malikdirlər. Həmçinin avrokuboklarda yaxşı nəticələri var. 
Püşkatmadan sonra rəqib barədə konkret fikir səsləndirmək çətindir. Rəqibin oyununu canlı görmədən fikir söyləmək çətin olur.

Məncə, ilk qarşılaşmadan sonra onlar barədə hərtərəfli məlumatımız olacaq. Yəni rəqibin oyununu canlı görmək başqadır. Onun əsl gücünü onda görürsən. Bizi qarşıda “Qəbələ” ilə çətin çempionat oyunu gözləyir. Həmçinin “Seltik”lə görüşü də hələ tam yaddan çıxarmamışıq. İndidən yalnız “Yanq Boyz” haqda düşünmək doğru olmaz. Hazırda bütün diqqətimizi “Qəbələ” ilə matça yönəltmişik". 

Qeyd edək ki, "Yanq Boyz" və "Qarabağ" arasında ilk oyun avqustun 20-də İsveçrədə, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail