"Komandanın adına ləkə gəlməsin deyə müəyyən qaydalara riayət edirik"

11.08.2015 | 2896 dəfə oxunub

"Kəpəz" fan-klubunun rəhbəri Elmar Əliyev Premyer Liqanın I turunun "Neftçi" ilə oyununda rəqib komandanın "Ultra Neftçi" fan-klubunun üzvlərinin hərəkətinə münasibət bildirib. O, Sportarena.az saytına açıqlmasında bunları deyib:

"Əvvəlcə onu deyim ki, biz müstəqil fan-klubuq. Kluba bağlı deyilik. Ancaq komandanın adına ləkə gəlməsin deyə müəyyən qaydalara riayət edirik. Dünənki oyuna 120 nəfərlə gəlmişdik. Stadiona çatanda gördüm ki, "Ultra Neftçi"nin uşaqları keflidilər. Bizə söz atırdılar. Mən özüm "Neftçi"də işləmişəm. Hətta Gəncədə ofis də açmışdım. Bunları çağırıb başa saldım. Dedim ki, bu nə hörmətsizlikdi. Bunlar sakitləşdilər. Sonra oyunun gedişində yenə başladılar söyüş söyməyə. Uşaqlar soruşdu ki, neyləyək. Dedim gözləyək. Oyundan sonra rəhbərliklə görüşməyə gələndə, uşaqlara dedim ki, siz gedin avtobusa. Bir də gördüm ki, daşla komandanın avtobusunun şüşəsini qırıblar. Polis maşınları da bunların dalınca düşüb. Hətta avtobusun güzgüsünü də sındırmışdılar. Öz mərifətlərini göstərdilər. Amma biz onlara qarşı elə olmamışıq. Ən azından "Neftçi" rəhbərliyi buna yol verməməliydi. Mən heç vaxt qoymaram ki, qonağa kimsə hörmətsizlik eləsin. Dünən hakim səhvləri də oldu, yenə etiraz eləmədik. Ayıb olsun o azarkeşlərə. Səsim də elə buna görə batıb. Gecə saat 2-nin yarısında "Forza Neftçi"dən Sübhan zəng vurmuşdu. Üzr istədi. Dedi ki, biim uşaqlar olmayıb orda. "Kəpəz" uzun müddətdi, Premyer Liqada oynamır. Ən azından bunun üçün pankart açmalıydılar. Gəncə klubu çempionata rəng qatacaq. "Neftçi" rəhbərliyi bununla bağlı iş aparmalıydı. Bizə haqsızlıq elədilər. Rəhbərlikdən də kimsə demədi ki, kim elədi".

Əliyev sonda azarkeşlər üçün hər cür şərait yaradan "Kəpəz" rəhbərliyinə də təşəkkürünü bildirib: "Müşahidə Şurası və şəhər icra hakimiyyətinə minnətdarlığımı bildirirəm. Azarkeşlərin sözlərini yerə salmadılar və avtobus ayırdılar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail