"Neftçi" Cavid Hüseynovu bağışladı

20.09.2011 | 7053 dəfə oxunub

“Artıq cəzam ləğv edilib və əsas komandaya qaytarılmışam. Bir az əvvəl səhər məşqində iştirak etdim”. Bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Cavid Hüseynov deyib.
Bir müddət əvvəl klubun daxili nizam-intizam qaydalarını pozduğu üçün baş məşqçi Böyükağa Hacıyev tərəfindən əvəzedici komandaya göndərilən futbolçu artıq bağışlanıb. O, artıq əsas komandaya qaytarıldığını bildirib. 
“Xəzər Lənkəran”la oyun zamanı səhvə yol verdiyini və buna uyğun cəzalandırıldığını söyləyən Hüseynov ətraflı danışmağa lüzum görməyib: “Əvəzedicilərin çempionatında oynamaq çətin olmadı. Səhvim var idi və cəzamı aldım. İndi əsas komandadayam. Olanlar haqda geniş danışmaq istəmirəm”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail