"Real Sosyedad"la oyun bizim üçün yaxşı sınaq
oldu. Bir neçə futbolçunu sınaqdan keçirdik. Bu görüşdə əsas
məqsədimizbütün futbolçulara oynamaq şansı vermək idi".
Stadium.az xəbər
verir ki, bu sözləri "Panatinaikos"un baş məşqçisi Yannis Anastasiou
"Real Sosyedad"la keçirilən yoxlama görüşündən sonra (0:3) deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının pley-off mərhələsində
qarşılaşacaqları "Qəbələ" ilə oyunlara və 10 gün sonra start götürəcək
superliqa matçlarına yaxşı köklənməli olduqlarını bildirib: "Yoxlama
oyununda komandanın fikizi durumunu görmək istəyirdik. Ona görə iki
hissədə fərqli heyəti meydana buraxdım. Yaxşı oynadıq. Ancaq sonlara
doğru yorulduq. Bu, bizim üçün yaxşı dərs oldu. Komandamın hazırlığından
və futbolçularımın çıxışından razı qaldım. Artıq "Qəbələ" ilə pley-off
oyunlarına və superliqa görüşlərinə yaxşı köklənməliyik".Qeyd edək ki,
"Qəbələ" ilə "Panatinaikos" arasında ilk matç avqustun 20-də Bakıda,
cavab qarşılaşması isə avqustun 27-i Afinada keçiriləcək.