"Biz ilk altılığa düşə bilərik, ancaq bu, çətin olacaq"

20.09.2011 | 4991 dəfə oxunub

Peşəkar Futbol Liqası və Unibank Kommersiya Bankının Premyer Liqa klublarının baş məşqçiləri və kapitanları, həmçinin idman jurnalistləri arasında apardığı sorğunun nəticəsinə əsasən “Kəpəz”in yarımmüdafiəçisi Ceyhun Sultanov “avqust ayının ən yaxşı futbolçusu” seçilmişdir. Stadium.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Ceyhun Sultanova PFL-in hədiyyəsi və “Unibank”ın pul mükafatı təqdim olunmuşdur. 
İlk olaraq çıxış edən “Unibank”ın Marketinq Departamentinin rəhbəri Yevgeni Soltanov qalibi təbrik etdi: “Sorğuda Unibank Premyer Liqasında mübarizə aparan klublar və 31 KİV nümayəndəsi iştirak etmişdir. ”Ayın oyunçusu” nominasiyasında cari mövsümün ilk ayında qalib gələn Ceyhun Sultanov jurnalistlər arasında səslərin 87 faizini, baş məşqçilər və komanda kapitanları arasında mümkün olan 22 səsdən 9-nu toplayıb. “Kəpəz” klubunun şərəfini qoruyan Ceyhun Sultanovun qalib gəlməsi regionlarda futbolun inkişaf etdiyinin bir göstəricisidir”.
Daha sonra çıxış edən Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev sorğuda Ceyhun Sultanovla başabaş rəqabət aparan futbolçunun olmamasına diqqət çəkdi: “Ceyhun Sultanov cari mövsümdə 3 qol vurub və bir neçə qol ötürməsi verib. Bu, yaxşı nəticədir. “Xəzər Lənkəran”ın heyətində çıxış etdiyi vaxtlarda bir qədər kölgədə qalsa da, öz üzərində çalışaraq “Kəpəz”in heyətində baxımlı oyun nümayiş etdirir. Ümid edirəm ki, onu gələcəkdə milli komandanın da heyətində görərik”.
Tədbirdə çıxış edən "avqust ayının ən yaxşı oyunçusu" Ceyhun Sultanov sorğuda iştirak edənlərə minnətdarlığını bildirdi: “Çalışacağam ki, növbəti aylarda bundan da yaxşı oyun göstərim. Bu mövsüm bir neçə futbolçu yaxşı oyun nümayiş etdirir. Mən xüsusilə Rauf Əliyevin həm milli komandanın heyətində, həm də Premyer Liqada gözəl çıxış etdiyini bildirmək istəyirəm. Bu mükafata o daha çox layiq idi”.


"Kəpəz"in yarımmüdafiəçisi son turdakı uğursuzluq və milli komandanın heyətinə çağrılmamasına da münasibət bildirdi: ”Futbolda hər şey olur. Son oyunda məğlub olduq. Həmin oyunda qırmızı vərəqə aldım, ümumiyyətlə “Simurq”la oyunda komanda zəif təsir bağışladı. Ancaq ruhdan düşməyəcəyik. Biz ilk altılığa düşə bilərik, ancaq bu, çətin olacaq. Başqa kluba keçmək fikrim yoxdur. İstəyirəm futbolçu karyeramı “Kəpəz”in heyətində başa vurum. Məni milli komandanın heyətinə çağırsalar, canla-başla oynayaram. Ancaq baş məşqçi Berti Foqtsun qərarına hörmət edirəm”.


“Kəpəz” klubunun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov Gəncədə futbolun inkişaf etdiyini vurğuladı: “Ceyhun Sultanova səs verənlərə “Kəpəz” futbol klubunun rəhbərliyi adından minnətdarlığımı bildirirəm. Ötən mövsüm “Kəpəz”in başqa bir futbolçusu Samir Zərgərov da bu mükafata layiq görülmüşdü. Bu, Gəncədə futbolun inkişafından xəbər verir. Artıq Gəncədə ikinci futbol klubu yaranıb. “Tərəqqi”nin də Premyer Liqaya yüksələcəyinə ümid edirik. Dörd il futboldan uzaq qalan Gəncədə futbolun inkişafı istiqamətində ciddi işlər görülür. Ümid edirik ki, Gəncədəki stadion da təmir olunacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail