Kramarenko: "Axtarışlarımız davam edir"

15.08.2015 | 3013 dəfə oxunub

"Qapıçı mövqeyinə axtarışlarımız davam edirdi. Təlim-məşq toplanışı dövründə də bir neçə namizədə baxmışdıq. Amma onların səviyyəsi bizi qane etməmişdi".

Stadium.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko klubun rəsmi saytına açıqlamasında deyib.

Yeni qapıçı Mixal Peskoviçin transferi ilə bağlı danışan Kramarenko slovakiyalı qolkiperin komandaya faydalı olacağını bildirib:

"Mixal Peskoviç təcrübəli qapıçıdır. 33 yaş qapıçı üçün normal yaş həddidir. Fikrimcə o komandaya kömək edə bilər. Aqil Məmmədov da getdikcə daha yaxşı forma yığır. Maksim Vayloya ümidlərimiz böyükdür. Sadəcə olaraq Maksim gəncdir və onu ağır oyunlara birdən-birə buraxıb yükləmək düzgün olmaz. İki təcrübəli qapıçının əhatəsində məqş etmək Maksimə da faydalı olacaq. İstəyirik ki, qapıçılar arasında daha güclü rəqabət olsun. Çempionat uzun marafondur. Futbolda cəzalar və zədələr qaçılmazdır. Bu baxımdan heyətdə 3 qapıçının olması xeyrimizədir.” 

Qeyd edək ki, Mixal Peskoviç 6 ay müddətinə "Neftçi"nin şərəfini qoruyacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail