“Xəzər Lənkəran”ın keçmiş futbolçusu həbs edildi

15.08.2015 | 3146 dəfə oxunub

Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsiylə bağlı daha bir futbolçu həbs olunub.

Bu, futbolçu Akif Tağıyevdi. Tağıyev jurnalist Rasim Əliyevlə bağlı hadisədən xəbərdar olub, bunu xəbər verməməkdə, gizlətməkdə ittiham olunur.

Əldə etdiyimiz məlumata görə, Tağıyev hazırda 8-ci polis bölməsində saxlanılır. 

1993-cü il təvəllüdlü Akif Tağıyev "Araz Naxçıvan", "Xəzər Lənkəran" kimi klublarda çıxış edib. Onun formasını geyindiyi sonuncu klub "Turan Tovuz" olub.

Avqustun 8-də "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları və dostları tərəfindən döyülən jurnalist Rasim Əliyev avqustun 9-da ölüb. Faktla bağlı cinayət işi açılıb. Cavid Hüseynov barədə təqsirləndirilən şəxs qismində 3 aylıq həbs qərarı verilib.

Cavid Hüseynov jurnalistin döyülməsində birbaşa iştirak etməsə də, onun Elşən İsmayılov adlı futbolçu olan bibisi oğlu, Camal Məmmədov ad-soyadlı digər futbolçu Rasim Əliyevin döyülməsində ittiham olunurlar.

P.S. Son anda aldığımız məlumata görə, Tağıyev bölmədə izahat verəndən sonra buraxılıb. komanda.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail