"Azərbaycan 2016-cı ildə Avropa çempionatında iştirak edə bilər"

20.09.2011 | 6010 dəfə oxunub

“Belçika və Qazaxıstanla oyunlarda qazanılan uğurlu nəticələrə görə futbolçulara mükafat veriləcək, ancaq o qədər yox. Futbolçular mükafatdan daha çox özlərini bərpa etmək haqda düşünməlidirlər". Stadium.az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Media nümayəndələri ilə görüşündə jurnalistlərin daha çox mükafatla bağlı suallar verməsinə irad tutan Abdullayev daha sonra Berti Foqtsun gələcək taleyinə münasibət bildirib. 

“Foqtsun hələ qarşıda iki sınağı var. Onun taleyi məhz Avstriya və Türkiyə ilə oyunlardan asılıdır. Yalnız bundan sonra Foqtsun komandadakı taleyinə aydınlıq gələcək”. 

AFFA prezidenti bildirib ki, əgər uğurlu nəticələr olarsa, Foqts vəzifəsində qalacaq: “Bununla da, 2014-cü il dünya çempionatının seçmə mərhələsi ilə bağlı strategiyamızı müəyyənləşdirəcəyik. Azərbaycan millisinin 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatında iştirak etmək şansı var. Çünki 2016-cı il Avropa çempionatının final mərhələsində 16 yox, 24 komanda iştirak edəcək”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail