Hafiz Hacıyev: “Jurnalisti döyməklə futbolçu dediyimiz “qəhrəman” nəyə nail olmaq istəyirdi?

17.08.2015 | 3774 dəfə oxunub

Avqustun 20-də Bakıda baş tutması gözlənilən “Qəbələ” – “Panatinaikos” oyununda sosial şəbəkələrdə klubun tərəfdarlarına Türkiyə bayrağı ilə meydana gedin çağırışı birmənalı qarşılanmayıb.


Stadium.Az Ölkə.Az-a istinadən xəbər verir ki, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev yayılan bu xəbərə münasibət bildirib:

“Öncəliklə qeyd edim ki, jurnalistin ölümü bizim üçün çox böyük bir faciə oldu. Azərbaycanı qarışdırmaq, qara yaxmaq istəyən qüvvələrin əlinə bir fürsət verdilər. Bizim o futbolçu özünü elə apadı ki, elə bil dünya bunundur artıq. Hüquq-mühafizə orqanları çox düzgün qərar verib, onu həbs ediblər. Kimliyindən aslı olmayaraq kim cinayət törədibsə bu aqibətlə də üzləşməlidir”.

Daha sonra partiya sədri “bayraq çağırışı” ilə bağlı bunları qeyd edib:

“Bayraq məsələsinə gəlincə kim öz bayrağını əlində büzüşdürüb, başqa dövlətin bayrağına sarılırsa, bu qardaş ölkə olsa belə yolverilməz haldır. Bu cür insanlar Azərbaycana utanc gətirən insanlardı. Jurnalist niyə döyülməlidir, niyə öldürülməlidir? Jurnalist gördüyünü yazır. Jurnalisti döyməklə futbolçu dediyimiz “qəhrəman” nəyə nail olmaq istyirdi? Mən bunu deyirəm, sonra da mənə qarşı təzyiqlər olur. Kimlər kimin arxasında dayanır bu məlum məsələdir. Rəhmətə gedən jurnalisitin qanı yerdə qalmamalıdır. Kimliyindən və onu kimin müdafiə etməsindən aslı olmayaraq cinayətkarlar cəzasını almalıdır. Cavid Hüseynov həbs edilib, canı çıxıb cəzasın da çəkməlidir.

“Qəbələ”nin tərəfdarlarından isə istifadə edirlər. Onların kütləvi şəkildə Türkiyə bayrağı ilə meydana getməsi yolverilməz haldır. Bu növbəti bir xəyanətdir. “Qəbələ” klubunun rəhbərliyi belə bir şeyə yol verməməlidir. Bir millət iki dövləti bir-birinə qırdırmaq üçün atılmış addımlardır. Bu çox böyük bir provakasion addım olacaq. Bunun qarşısı dərhal alınmalıdır. Azərbaycanın bayrağına nə olub ki, tərəfdarlar Türkiyə bayrağın qaldırır? Cavid Hüseynovun bayraq şousundakı niyyəti isə orada Türkiyə bayrağın qaldırmaqla özünü Türkiyə klublarına sırımaq idi. Sadəcə ucuz, çox ucuz şou idi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail