Son 4 mövsümün rekord azarkeş sayı qeydə alındı

17.08.2015 | 3371 dəfə oxunub

Topaz Premyer Liqasının 2-ci turunun “Kəpəz” – “Zirə” oyununda (1:1) yeni rekord qeydə alınıb. Stadium.az xəbər verir ki, Gəncədəki matçı 12500 tamaşaçı izləyib ki, bu da son 4 mövsüm üçün ən yüksək göstəricidir.


Bu görüşədək mövsümün rekordu ilk turun “Xəzər Lənkəran” – “İnter” oyunu (2:0) idi – 7000. Bundan başqa, 2012/13, 2013/14 və 2014/15 mövsümlərində də belə yüksək rəqəmə təsadüf olunmamışdı.

Əvvəlki üç mövsümün rekordları Lənkəranda qeydə alınmışdı. Ötən çempionatda “Xəzər Lənkəran”  - “Sumqayıt” görüşünü 8500, 2013/14-də “Xəzər Lənkəran” – “Neftçi”, 2012/13-də “Xəzər Lənkəran” – “İnter” matçlarının hər ikisini 11000 tamaşaçı seyr etmişdi. “Kəpəz” – “Zirə” oyunu ilə müqayisədə daha çox seyrçi sonuncu dəfə 2011/12 mövsümünün sonlarında qeydə alınmışdı. 2012-ci il mayın 11-də “Xəzər Lənkəran” – “Qarabağ” matçını 13500 tamaşaçı izləmişdi. Lənkərandakı oyundan sonrakı 1192 günün rekordu Gəncədə reallaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail