Jurnalisti döyənlərdən Camalla Elşənin yaxın olma səbəbi bilindi

17.08.2015 | 3519 dəfə oxunub

Jurnalist Rasim ƏIiyevi döyən futbolçular - Camal Məmmədovun Elşən İsmayılovla yaxın olma səbəbinə aydınlıq gəlib. Qaynar.info-nun əldə etdiyi xəbərə görə, hər 2 futbolçu Bakıxanov qəsəbə stadionunda yaşayırmış.

Sentyabrın 18-də 20 yaşını qeyd edəcək Camal Elşənlə həmyaşıddır. Üstəlik, onların ilk tanışlığı "İnter" klubunda olub. Belə ki, Camal "Rəvan"dan ayrıldıqdan sonra "İnter"in əvəzedicilərində hətta Elşənlə birgə Bolqarıstanda təlim-məşq toplanışında olub. Ancaq onların hər ikisi Bolqarıstandan qayıtdıqdan sonra komandaya götürülməyiblər. Belədə Camal karyerasını "İnter"in "kiçik qardaş"ı "Simurq"un 2-ci komandasında davam etdirməli olub.

Əldə etdiyimiz son məlumata görə, bu "ikili" I dəstədə eyni komandada oynamalı imiş. Belə ki, Camal "Turan Tovuz"dan ayrıldıqdan sonra "Qaradağ Lökbatan"a keçibmiş. Hətta onunla müqavilə də bağlanılıbmış. AZAL-dan ayrılan Elşən isə bu komandada baxışda imiş.

Ancaq göründüyü kimi, Elşən İsmayılovun öz çirkin əməllərinə Camalı da tovlayıb alət etməsi hər ikisinin futbolçu karyeralarını gənc yaşlarında başa vurmasına səbəb olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail