Samir Əliyev:"Oyuna qələbə əzmi ilə çıxmışdıq"

17.08.2015 | 2875 dəfə oxunub

"Oyuna qələbə əzmi ilə çıxmışdıq. İsəyirdik ki, bu matçda qalib gələk. Amma çox təəssüf ki, görüşün 17-ci dəqiqəsində on nəfərlə qaldıq. Əlbəttə, çətin oldu. Çalışdıq ki, heç olmasa, bir qol vuraq. Oyununun ikinci hissəsində rəqib də on nəfərlə qaldı.  Son dəqiqələrdə rəqibi sıxdıq. Amma bundan istifadə edə bilmədik".

Bu sözləri CBC telekanalında "Neftçi"nin baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının ikinci turunda "İnter"ə 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.

O, qarşılaşma ərzində onlara dəstək olan azarkeşlərə təşəkkür edib: "Çempionat təzə başlayıb. Qarşıdakı oyunlara baxacağıq. İnşallah, yaxşı olar".

S.Əliyev bildirib ki, yüksək yerlərdə mübarizə aparmaları üçün heyət gücləndirilməlidir:

"Düzdür, heyətimizdə gənclər çoxdur, amma nəticə istəyiriksə, təcrübəli oyunçular alınmalıdır. Bu gün də bununla bağlı iş gedir. Avqustun 31-ə kimi vaxtımız var. Axtarışlar davam edir. Rəhbərlik də axtarışdadır. Çalışacağıq ki, boşluqları dolduraq. Problemlərimiz göz qabağındadır".

O, oyunun sonlarında "Neftçi" azarkeşlərinin "istefa" şüarı səsləndirməsinə də münasibət bildirib:

"Azarkeşləri qınamıram. Onlar komandadan qələbə gözləyir. Onlar da haqlıdır. Məğlub olmağımıza baxmayaraq, komandanı yığdım ki, azarkeşlərə doxsan dəqiqə ərzində dəstək olduqlarına görə minnətdarlıqlarını bildirsinlər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail