Araz Abdullayev azarkeşlə dalaşmasına aydınlıq gətirdi

19.08.2015 | 4533 dəfə oxunub

"Neftçi"nin kapitanı Araz Abdullayev Azərbaycan  Premyer Liqasının 2-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan sonra komandanın azarkeşi Nurlan Əzizlə olan münaqişədən, eləcə də onun 5 sutkalıq həbsindən danışıb. Stadium.az xəbər verir ki, Araz bunları söyləyib:

"Düzünü deyim ki, azarkeşimizin həbs olunması mənə çox pis təsir etdi. O, bizim azarkeşimizdir. Stadiona da bizə görə gəlir. Bizim qələbəmizi görmək istəyir. Biz də onlar kimi qələbə qazanmağı çox istəyirik. Amma komandamızın müdafiəçisi oyunun əvvəlində meydandan uzaqlaşdırıldı. Bu, bizim planlarımızı korladı və müsbət nəticə qazanmaq vəzifəsinin öhdəsindən gəlməyimizi daha da çətinləşdirdi. Buna baxmayaraq, biz əlimizdən gələni etdik. Sadəcə, alınmadı".

Yarımmüdafiəçi oyundan sonra baş verənlərə belə aydınlıq gətirdi: "Azarkeşlərimizi başa düşürəm. Onlar udsaq da, uduzsaq da, bir yerdə olmağımızı istəyirlər. Mən uduzmağı sevmirəm. Nə vaxt uduzsaq, azarkeşlərimizin ürəyincə olmayan nəticə qazansaq, onların qarşısına çıxmağa utanıram. Bu oyundan da sonra uduzmağımıza baxmayaraq, onlara yaxınlaşıb, bizi dəstəklədiklərinə görə təşəkkürümüzü bildirdik.

Həmin azarkeşlə də mənim aramda xüsusi heç nə baş vermədi. O, sadəcə, bizim qələbə qazanmağımızı istəyirdi. Azarkeşlərimizə hörmətim var. Çalışacağıq ki, qarşıdakı turlarda onları qələbə ilə sevindirək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail