Enfor rəsmən "Neftçi"dən getdi

19.08.2015 | 4477 dəfə oxunub

"Neftçi” 2 ay davam edən danışıqlardan sonra futbolçu Ernest Nforla müqaviləyə qarşılıqlı anlaşma əsasında xitam verib.

Stadium.az xəbər verir ki, bu barədə klubu rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilib ki, Kamerunlu futbolçu ilə bağlanmış müqaviləyə əsasən Ernest Nfor 2016-cı ilə qədər “Neftçi”də çıxış etməli idi. Ötən mövsüm 19 oyunda ümumiyyətlə meydana çıxmamış futbolçu ilə qarşılıqlı anlaşmanın əldə olunması istiqamətində görüşlər 17.06.2015-ci il tarixdə start götürmüş Avstriya təlim-məşq toplanışı zamanı başlanmışdı. Lakin futbolçu ilə bağlanmış müqavilə şərtlərinin “Neftçi” PFK üçün əlverişsiz olması prosesin klubun xeyrinə həllini çətinləşdirib. Bu müddətdə belçikalı Emil Mpenzanın işində kluba yaxından köməklik göstərən vəkillərin də işə cəlb edilməsi danışıqların müsbət yekunlaşması ilə nəticələnib. Belə olan halda klub müəyyən məbləğdə kompensasiya ödəməklə böyük maliyyə riskinin və ikinci Emil Mpenza probleminin yaşanmasının qarşısını almış olub. Əks halda “Neftçi” növbəti dəfə FİFA tərəfindən tətbiq ediləcək böyük maliyyə sanksiyası ilə üz-üzə qalacaq və klubun beynəlxalq imicinə ağır zərbə vurulacaqdı.

Futbolçu ilə bağlanmış müqavilə əvvəllər açıqlandığı kimi 2015-ci ilədək deyil, 2016-cı ilədək qüvvədə idi. Bu müddətdə gedən proses barədə ictimaiyyətə hər hansı məlumatın verilməsi danışıqların uğursuz nəticələnməsinə səbəb ola bilərdi. “Neftçi” PFK Ernest Nfora klubdakı çıxışına görə təşəkkür edib və kamerunlu futbolçuya gələcək karyerasında uğurlar azulayıb.

Klubdan bildirilib ki, Ernest Nforla bağlanmış müqaviləyə əlverişli şərtlər əsasında xitam verilməsi “Neftçi”nin transfer siyasətində növbəti addımların atılması üçün şərait yaradacaq. Klub yaxın günlərdə azarkeşlərini yeni transfer xəbəri ilə sevindirəcəyini açıqlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail