Millimiz noyabrda yoldaşlıq görüşü keçirəcək

21.09.2011 | 6834 dəfə oxunub

Azərbaycan milli komandasının daha bir beynəlxalq yoldaşlıq oyunu keçirməsi ilə bağlı AFFA tərəfindən aparılmış danışıqlar müsbət yekunlaşıb. Stadium.az xəbər verir ki, əldə olunmuş razılığa əsasən, millimiz noyabrın 11-də, Albaniyada bu ölkənin milli komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Azərbaycan və Albaniya milli komandaları indiyə qədər 4 dəfə qarşılaşıb. 2000-ci il fevralın 8-də, Maltada təşkil olunmuş beynəlxalq turnir çərçivəsində keçirilən oyunda 1:0 hesabı ilə albaniyalı futbolçular qələbə qazanıb. 2002-ci il martın 27-də və 2005-ci il avqustun 17-də Tirana şəhərində Albaniya və Azərbaycan milliləri arasında yoldaşlıq oyunu keçirilib. Bu oyunlar, müvafiq olaraq, 1:0 və 2:1 hesabı ilə meydan sahibi komandanın xeyrinə yekunlaşıb. 2008-ci il noyabrın 19-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan – Albaniya yoldaşlıq oyunu isə heç-heçə nəticələnib – 1:1.
“Qarabağ”ın futbolçuları Admir Teli, Ansi Aqolli və AZAL-da çıxış edən Ervin Bullku Albaniya yığmasının şərəfini qoruyur. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail