"Qarabağ"ın ilk qələbəsi

21.08.2015 | 3072 dəfə oxunub

Ağdamın “Qarabağ” klubu ilkə imza atıb. Stadium.az xəbər verir k, əyalət klubu tarixində ilk dəfə pley-off mərhələsində qələbə qazanıb.

5-ci dəfə Avropa Liqasının bu raunduna çıxan Qurban Qurbanovun yetirmələri İsveçrədə baş tutan ilk matçda “Yanq Boyz” 1:0 hesabı ilə məğlub edib. Bunadək pley-offun 8 matçında 3 heç-heçə edib, 5 məğlubiyyət alan təmsilçimiz ilk qələbəsini rəsmiləşdirib.

Düzdü, “Qarabağ” pley-offu səfərə qolu sayəsində keçməyi də bacarıb. Lakin buna qələbəsiz nail olan ağdamlılar ilk qalibiyyətini 9-cu matçda aldı.

Ümumiyyətlə isə Azərbaycan klubları pley-offada ikinci dəfə qalib gəldi. İlk belə uğura 3 il əvvəl Kiprdə APOEL-i məğlub edən (3:1) “Neftçi” imza atmışdı. Bu uğuru təkrarlayan “Qarabağ” cavab qarşılaşmasında ilkə imza ata bilər. 

Belə ki, indiyədək 8 dəfə pley-off oyunu Bakıda keçirilsə də, komandalarımız evdə qalib gəlməyib. Ağdam təmsilçisi avqustun 27-də bu sindromu da qırmağa çalışacaq. (apasport)

 

Azərbaycan klubları Avropa Liqasının pley-off mərhələsində

2009/10

“Tvente” (Hollandiya) – “Qarabağ” – 3:1, 0:0

“Bakı” – “Bazel” (İsveçrə) – 1:3, 1:5

2010/11

“Borussiya” (Dortmund, Almaniya) – “Qarabağ” – 4:0, 1:0

2012/13

“Neftçi” – APOEL (Kipr) – 1:1, 3:1

2013/14

“Qarabağ” – “Ayntraxt” (Almaniya) – 0:2, 1:2

2014/15

“Qarabağ” – “Tvente” (Hollandiya) – 0:0, 1:1

“Partizan” (Serbiya) - “Neftçi” – 3:2, 2:1

2015/16

“Qəbələ” – “Panatinaikos” (Yunanıstan) – 0:0

“Yanq Boyz” (isveçrə) – “Qarabağ” – 0:1



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail