Şahin Diniyev: “Ölkənin ən iddialı klublarından birinə qarşı oynacağıq"

22.08.2015 | 3201 dəfə oxunub

“Digər oyunlara necə hazırlaşmışıqsa, qarşıdakı görüşə də o cür hazırlıq olub. Həftə boyu komanda səylə məşq edib”.

Stadium.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun mətbuat xidmətinə söyləyib. Təcrübəli məşqçi Gəncə təmsilçisinin çempionatın 3-cü turunda qarşılaşacağı “Qəbələ” ilə matç haqda fikirlərinə daha sonra belə davam edib: 

“Hazırlıq dönəmində sırf Qəbələ klubuna qarşı hazırlıq olmayıb. Taktiki planda dəyişiklik olacaq. Ancaq motivasiya, əhval-ruhiyyə baxımından dəyişiklik yoxdur. Komanda oyuna digər matçlara olduğu kimi yanaşır. Bilirik ki, bizi çətin oyun gözləyir”.

Diniyev oyundan gözləntiləri haqda da danışıb: “İki oyundu yaxşı çıxış etsək də, qələbə qazana bilmirik. Gəncə azarkeşləri, rəhbərlik bizdən uğurlu nəticə gözləyir, meydana bunun üçün çıxacağıq. Komanda ilk öncə yaxşı futbol göstərməyə çalışacaq. Bu olarsa, mütləq nəticə də gələcək”.

“Sarı-göylər”in çalışdırıcısı rəqibin güclü olduğunu da deyib. O, “Qəbələ”nin səviyyəli futbolçulardan qurulduğunu bildirib: 

“Ölkənin ən iddialı klublarından birinə qarşı oynacağıq. Onların Avropa Liqasında oynamasına baxmayın. Çünki komandada iki eyni səviyyəli heyət var. Ehtiyatda qalan futbolçular da güclüdürlər, millidə çıxış edirlər. Gərgin oyun olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail