Kərim Diniyev İspaniya La Liqasında oynamaq istəyir

21.09.2011 | 15023 dəfə oxunub

"Terek"in əvəzedici heyətində çıxıç etmiş Kərim Diniyev hazırda "Neftçi"nin şərəfini qoruyur.

Diniyev mövsüm öncəsi əsas komandaya cəlb olunsa da, əvəzedici heyətlərin yarışında çıxışını davam etdirir.

18 yaşlı müdafiəçi, eləcə də U-19 millisinin üzvü ilə "Neftçi"dəki durumu və Avropa çempionatının seçmə oyunları öncəsi düşüncələrindən danışdıq. 

- Böyükağa Hacıyevdən şans veriləcəyinə inanırsan?

- Əvvəla onu deyim ki, mənim üçün "Neftçi" kimi komandanın heyətində olmaq şərəfdir. Oynamağa qaldıqda, vaxtımı gözləyirəm. Sadəcə səbr edib, vaxtımı gözləməliyəm. Məşqlərdə də var qüvvəmlə çalışıram. Təcrübəli oyunçulardan da nəsə götürməyə can atıram. İnşallah Böyükağa müəllim nə vaxt şans versə, o zaman da meydanda olacam. Bizə gözləmək qalır.

- Əcnəbilərdən nə götürürsən?

-Klubun heyətində səviyyəli legionerlər var. Flavinyo, Alessandro, Denis, İqor Mitreskinin adlarını çəkə bilərəm. Mitreski Rusiyada "Spartak", Almaniya Bundesliqasında isə "Energi" kimi klublarda çıxış edib. Emil Mpenzanı isə demək olar ki, dünya tanıyır. Yəni bu cür futbolçularla çiyin-çiyinə oynamağın özü sevindiricidir. Onlar özləri də bizə nəsə öyrətməyə çalışır. Yetərincə təcrübəli futbolçulardır.

- Klubda oynamamağın millidəki çıxışına təsir göstərirmi?

-Yox bu yöndən əziyyət çəkmirəm. Çünki əsas komandada olmasa belə, əvəzedici heyətlərin oyunlarında iştirak edirəm. Oyun praktikasının itməməsi üçün bunu edirəm. Qarşıda bizi U-19 millisinin heyətində Avropa seçmə mərhələ oyunları gözləyir. Həmin oyunlara kimi də hazır olmalıyam.

- Yeri gəlmişkən, U-19 millisi İsveçdə seçmə mərhələ oyunlarına çıxacaq. Səncə komandanın növbəti mərhələyə adlamaq üçün potensialı varmı?

-Məncə var. Hər bir komanda oyunlara aktivində sıfırla başlayır. Ona görə də hamının şansı eynidir. Sadəcə rəqiblərimiz tanınmış millilərdir. İtaliya, İsveç, Rumıniya kimi rəqiblərə qarşı oynamaq çətin olacaq. Ancaq biz də ölkənin adını layiqincə təmsil etməyə çalışacağıq. Kollektiv olaraq buna da çox inanırıq. 

Çempionat davam edir və bəzi oyunçularımız hətta əsas heyətdə meydana daxil olur. Bəziləri də əvəzedici heyətlərin yarışında çıxış edir. Yəni bu dəqiqə U-19 millisinin şərəfini qoruyan bütün futbolçularımız məncə tam formadadır. Vəli müəllimin başçılığı altında Riqada keçiriləcək toplanışı yaxşı keçib İsveçə hazır yollanmaq istəyirik. Seçmə mərhələ oyunlarında birinci-ikinci pilllə uğrunda oynayacağıq. 

- Mövsümün əvvəlində ölkənin əksər gənc futbolçuları "Sumqayıt Şəhə"ə üz tutdu. Sənə necə, bu komandadan təklif var idi?

-Yox təklif olmadı. Əlbəttə ki, daima oynamaq vacibdir. Amma təklif olmadığına görə heçnə edə bilməzdim.

- Bir müddət "Terek"də də oldun. Nə vaxtsa yenidən "Terek"ə qayıtmaq ehtimalın varmı?

-Həyatda hər şey ola bilər. "Heç vaxt heç vaxt demə" misalı var. Ona görə hər şeyi zaman göstərəcək. Legioner həyatı yaşamaq ən böyük arzumdur. İnşallah bunu da gercəkləşdirəcəm.

-Hansı ölkədə çıxış etmək istəyərdin?

-Bəlkə də İspaniya La Liqasında çıxış etmək çoxlarının arzusudur. Mən də orada oynamaq istəyərdim. Orada oynalınan futbol bir sözlə valehedicidir.

premyerliqa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail