Qurban Qurbanov:“Bizim üçün hər bir qələbə vacibdir"

23.08.2015 | 2551 dəfə oxunub

Topaz Premyer Liqasının III turunda keçirilən oyunda “Qarabağ” AZAL-ı səfərdə 2-0 hesabı ilə məğlub etdi.

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Qarabağ” komandasını qələbə münasibəti ilə təbrik edir, onlara Avropa Liqasında uğurlar arzu edirəm. Biz bu gün məğlub olduq. Komanda uduzursa, burada günahkar məşqçidir. Komandamızın potensialı olsa da, problemlərimiz çoxdur. Həmin problemi yoluna qoymalıyıq. Futbol  aqressiv oyundur. Hakimlik barədə danışmaq istəmirəm. Amma açığını deyim ki, bundan sonra susmayacağam. Hazırda klubumuz ağır günlərini yaşayır. Hakimlərin belə vəziyyətdə  etdiyi səhvlərə dözə bilmirəm. Mənim heç bir şəxslə prinsipim yoxdur. Sadəcə, ədalət tərəfdarıyam”.

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Bizim üçün hər bir qələbə vacibdir. Çempionatın startında hər bir komanda istəkli olur. Bu gün rəqib bizə çətin anlar yaşatdı. Düşünürəm ki, xeyli dəyişikliklərin fonunda səhvlərimiz çox idi. Bu səhvləri aradan qaldırmaq mümkündür. Gün-gündən sayı çoxalan azarkeşlərimizə təşəkkür edirəm. 
Mənə elə gəlir ki, heç bir oyunçu üçün getdiyi komandada tez bir zamanda özünü yaxşı tərəfdən göstərmək asan deyil. Sadəcə, deyim ki, yeni oyunçular çox istəklidirlər. Hesab edirəm ki, futbolçular faydalı olacaqlar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail