"Füzuli" FK dəstək gözləyir

25.08.2015 | 6789 dəfə oxunub

Azərbaycanda daha bir futbol klubu yaradılmaq üzrədir. Ancaq kluba dəstək gərəkdir. Bu məqsədlə təşkilatçı-menecer Vüsal Hacıyev ictimaiyyətə müraciət ünvanlayıb.

 

Stadium.az sizi həmin müraciətlə tanış edir:

 

"Torpaq, kənd qubarı, vətən nisgili. Onlarla belə sözləri ard-arda düzmək olar. Bütün bunlar biz füzulilərin doğma el-obadan uzaq düşməsinin mənəvi dünyamızda olan ifadəsidi. Məcburi köçkün həyatının ilk illərində hərəsi bir yurdda (əgər buna yurd demək mümkünsə) çadır düşərgələri, vaqonlarda məskunlaşan soydaşlarımız sızlaya-sızlaya torpaq həsrəti çəkdilər. Amma bu sızıntı, ürək çırpıntıları heç nəyi dəyişmirdi. Ruhunda muğam ab-havası duyulan rayon camaatı 22 ildi qəlblərində bu ağrıları daşımağa məhkumdu. Müəllimlərimdən biri mənə deyərdi ki, “torpağın yoxdusa, valideynlərini itirmiş yetimsən”. 

Bəli, Azərbaycanın müxtəlif bölgələrinə səpələnərək yataqxanalarda, bağçalarda özünə müvəqqəti sığınacaq quran biz füzulilər sanki bu emosiyanın fövqündə yaşayırıq. Üstəlik, atəşkəs dövründə dünyaya gələn uşaqlar da məcburi köçkün həyatının çətinliklərini yaşamağa vadar olub. Nə olur-olsun, hər acısıyla onlar bizimdi və bizlər hər birimizə sahib çıxmalıyıq. Füzulinin fəxri şairi Ələddin Qəmbərin dediyi kimi, “çadırda doğulan, fində dil açan oğul mənimkidi, qız mənimkidi!” 

Necə ki, indi həmin uşaqlar böyüyüb, birlik simvolumuz olan “Füzuli” Futbol Klubu ilə intişar edir, dünyanı dərk etməyə başlayırlar. Füzuli xəyalları qura-qura “Füzuli” FK-nın gələcəkdə parlayacağına ümid edirlər. Bu gün rayonumuzun işğaldan azad edilmiş müxtəlif yaşayış düşərgələrində məskunlaşan bu balacalar öz doğma kəndlərini, yurd-yuvalarını görməsələr də, daima huzur içində xoşbəxt gələcək arzusundadır. Sökük-salxaq butslar, yardım hesabına əldə olunan futbolkalarla torpaq meydançalar üzərində məşq edən balaca futbolçularımız “Füzuli” FK-nın inkişafı üçün əlindən gələni əsirgəmir. Heç bir dəstək olmasa belə, həyat eşqi tükənmir, əksinə, günü-gündən parlaq gələcəyə olan inamları birə-beş artır. Bəzən fikirləşirəm, niyə mənfur qonşularımız sayca bizdən az olsalar belə, təşkilatma məsələsində çox irəli gediblər.

 

Səbəb birlik psixologiyasını formalaşdırmaq və konkret əməli addımlar atmaqdan ibarətdir.  
Bu yöndə bizim də reallaşdıra biləcəyimiz işlər var. Belə ki, əziz füzulilər “Füzuli” Futbol Klubu ianə formalı büdcə ilə doğma komandamıza dəstək layihəsini elan edir.  Necə ki, ermənilər Qarabağı Artsax edib öz adlarına çıxırlar. “Qarabağ” Futbol Klubu ilə bunun qarşısını futbol meydanında əngəlləyirik. Bu misaldan çıxış edərək, rayonumuzun adını daşıyan eyniadlı komandanı yaşatmaq da işin mənəvi yönünü təşkil edir.  Görülən işlərin şəffaf formada həyata keçirilməsi, komandamızın simvolik məbləğlərlə olsa belə, ayaqda durması üçün bu addımı atmağa məcburuq. Ən azından, bu uşaqların vətənə, doğma yurdumuza verəcəyi töhfəyə görə. Digər yandan, bu yolla sağlam düşüncəli gəncliyin formalaşmasında milli borcumuzu yerinə yetirə bilərik. 

Aşağıda göstərilən bank hesabı ilə işimizə start veririk.

Bank hesabı: Accessbank Quliyev Mirdamet İbad oglu hesab N AZ62ACAB00260100000000131241 (AZN)
Klubun təşkilatçı-menecer işini bəndəniz Vüsal Hacıyev həyata keçirəcək. Hər bir təklifi müzakirə etməyə hazırıq.

Qeyd: Komandamız hələ ki, aşağı yaş qruplarında çıxış edən komandalarla fəaliyyət göstərir. İnşallah, gələcəkdə daha böyük məqsədləri hədəf seçmişik.

P.S. Hər birinizdən bu yöndə təbliğat, reklam xarakterli dəstək gözləyirik.  Bizimlə əməkdaşlıqda maraqlı olan şirkətlərlə, müəssisələrlə sərfəli şərtlər altında işbirliyinə hazırıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail