Çingiz Abdullayev "Neftçi"dən gedir?

25.08.2015 | 3204 dəfə oxunub

“Neftçi”nin Müşahidə Şurasının sədri Cingiz Abdullayev istefa verməyə hazırlaşır.

Stadium.az xəbər verir ki, bu barədə məlumatıKomanda.az-a Yazıçılar Birliyinin adının çəkilməsini istəməyən əməkdaşlarından biri verib. Çingiz Abdullayev Yazıçılar Birliyindəki iş yerində olarkən, “Neftçi”dəki vəzifəsindən istefa verməyə hazırlaşdığını bildirib. O, bir neçə yazıçı və şairlə söhbətdə aldadıldığını etiraf edib. Abdullayev bildirib ki, utandığından “Neftçi”nin bazasına gedə bilmir. O, uzun müddətdi məvacib ala bilməyən futbolçuların üzünə baxmaqdan utandığını deyib.

Yazıçı qeyd edib ki, onu “Neftçi”yə dəvət edərkən başqa vədlər veriblər, amma buna əməl etməyiblər. Abdullayev deyib ki, AFFA rəhbərliyi ona “Neftçi”də heç bir maliyyə probleminin olmayacağını vəd edibmiş.

Bundan əlavə, Cingiz Abdullayev klubda rəhbər vəzifədə çalışan şəxslərdən də narazılıq edib. O, bu vəzifələrin qeyri-peşəkarlara tapşırıldığını deyib. Yazıçı xüsusən də “Neftçi”nin icraçı direktoru Elnur Məmmədovdan narazılıq edib. Qeyd edib ki, onun futboldan anlayışı yoxdu. Müşahidə Şurasının sədri Məmmədovu klubun daxilində dözülməz ab-hava yaratmaqda, öz adamlarını - futboldan anlayışı olmayanları işə götürməkdə də ittiham edib.

Yazıçı bildirib ki, yaxın günlərdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirovla görüşərək, bütün bunlar haqda ona məlumat verəcək. O, qeyd edib ki, bundan sonra “Neftçi”dəki vəzifəsindən istefa verəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail