Kamran Ağayev: "Antalyaspor"a keçməkdən özüm imtina etdim" MÜSAHİBƏ

25.08.2015 | 3817 dəfə oxunub

Azərbaycan yığmasının və Türkiyənin "Karşıyaka" klubunun qapıçısı Kamran Ağayevin azerisport.azsaytına müsahibə verib.

 

- "Karşıyaka"da işləriniz necə gedir?
- Hər şey yaxşıdır. Komanda demək olar ki, tam yenilənib. Burada hər futbolçunu yeni saymaq olar. Bu baxımdan müəyyən çətinliklərimiz var. Eyni zamanda stadionumuzun qazonunda da problemlər var və oynamaq çətin olur. Amma bütün bunlara baxmayaraq, son turda "Şanlıurfaspor"la ev oyununda ilk qələbəmizi qazana bildik (1:0).

 

- Amma debüt matçınız olan "Adana Dəmirspor"la səfərdəki məğlubiyyətə (0:2) görə az qala siz ittiham olunurdunuz...
- Futbolla məşğul olan hər kəs məni başa düşə bilər. Mən buraxdığımız ikinci qol zamanı müdafiəçimizi sığortalamaq istəyirdim. Onsuz da mən önə çıxmasaydım, o, topa çatıb, mənimlə üz-üzə qalacaqdı. Topu kənara da vura bilərdim, amma rəqib futbolçuya dəyəcəkdi.

 

- Hər kəs sizin Türkiyə Super Liqasına, xüsusilə "Antalyaspor"a keçəcəyinizi gözləyirdi...
- "Antalyaspor"a keçməkdən son anda özüm imtina etdim. Məni daha yaxşı qiymətləndirən, önəm verən isə məhz "Karşıyaka" oldu. İzmir təmsilçisi mənə daha böyük hörmətlə yanaşdı. Antalyada isə bunu görmədim. "Karşıyaka" yaxşı klubdur. Bu mövsüm biz Super Liqaya vəsiqə qazana bilərik. Ona görə də Super Liqada oynamaq üçün şansım olacaq.

 

- Qarşıda Azərbaycan yığmasını Xorvatiya və Malta ilə vacib seçmə mərhələ oyunları gözləyir. Xüsusilə də, xorvatlar Bakıya çox güclü heyətlə gəlirlər...
- Bu, artıq Osiyekdəki oyunun təkrarı olmayacaq. Meydanda 11 futbolçu 11 nəfərə qarşı mübarizə aparacaq. Düzdür, orada 0:6 hesabı ilə uduzmuşduq. Amma bu, o demək deyil ki, ev oyununda da eyni hal təkrarlanacaq. Hər şey öz əlimizdədir. Mübarizə aparacağıq. Nəticə qazanmalıyıq.

 

- Malta ilə oyun kimi...
- Bu rəqibi məğlub etməyimiz lazımdır. Premyer Liqa matçlarını izləyirəm. Belə ciddi dəyişiklik yoxdur. Amma "Qarabağ"la "Qəbələ"nin Avropadakı çıxışını hamı görür. Biz də futbol oynamağı bacarırıq və bunu yenidən nümayiş etdirə bilərik.

 

- Azərbaycan yığmasının düşərgəsinə nə vaxt qayıdacaqsınız?
- Avqustun 29-da "Samsunspor"la oyunumuz var. Bakıya həmin oyundan sonra gələcəyəm.

 

- Cavid Hüseynovla bağlı hadisələri necə qarşıladınız?
- Çox məyus oldum. Bu hadisə olmamalı idi. O, elə insan deyildi. Heç kim əslində nə baş verdiyini dəqiq bilmir. Həyatdır. Rəhmətə gedən jurnalistin yaxınlarına səbr arzulayıram. Cavid Hüseynovun da bəraət qazanacağına ümid edirəm. Hamımız Cavidin kimin oğlu olduğun bilirik. Elə bir adamın oğlu bu cür edə bilməzdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail