“Panatinaikos” çox güclü olsaydı, ilk oyunda qalib gələrdi” MÜSAHİBƏ

26.08.2015 | 3275 dəfə oxunub

“Qəbələ”nin futbolçusu Sergey Zenyovun müsahibəsi

 

- Sabah Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda Yunanıstanda “Panatinaikos”la qarşılaşacaqsız. Bu barədə nə düşünürsüz?

- “Panatinaikos”la cavab matçı asan olmayacaq.  Yunanıstan təmsilçisi güclü komandadı. Üstəlik, onlar öz meydanlarında oynayacaq. Biz mübarizə aparıb, döyüşəcəyik. Çalışacağıq ki, şansımızdan istifadə edib, lazım olan nəticə ilə qrup mərhələsinə vəsiqə qazanaq.

 

- Sizcə, “Panatinaikos” keçiləsi rəqibdi, yoxsa çox güclüdü?

- Əgər rəqibimiz dediyiniz qədər çox güclü olsaydı, ilk oyunda qalib gələrdi. Belə olsaydı, qrupa düşmək  şansımız qalmazdı. Lakin yunanıstanlılar bunu bacarmadı. Evdə 0:0 hesabı qeydə alındı. Hətta hesabı açmaq üçün qol şanslarımız da oldu. Bu da o deməkdi ki, səfərdə nəticə qazanmaq mümkündü.

 

- Buna inanırsızmı?

- Əlbəttə. Mərhələ adlayacağımıza inamımız olmasa, meydana çıxmağa dəyməz.

 

-  Yunan azarkeşlərinin çox çılğın olmasından xəbəriniz var?

- “Panatinaikos”un azarkeşləri komandalarını 90 dəqiqə çılğınlıqla dəstəkləyir. Bütün görüşlərdə olduğu kimi, bizimlə qarşılaşmada da belə olacaq. Biz isə çalışacağıq ki, öz oyunumuzu göstərək.

 

- Psixoloji cəhətdən belə auditoriya önünə çıxmağa hazırsız?

- Belə vəziyyətdə köklənmə böyük rol oynayır. Biz də çalışırıq ki, özümüzü oyuna kökləyək.

 

- “Qəbələ”nin iki əsas heyət üzvü – Rafael Santos və Ürfan Abbasov cəzalı olduğundan qarşılaşmada iştirak etməyəcək. Bu müdafiəçilərin yoxluğunda sizə çətin olmayacaq?

- Komandamızda onları əvəz edə biləcək futbolçular var. Əlimizdən gələni edəcəyik ki, onların yoxluğunu hiss etdirməyək.

 

- İlk qarşılaşmada nə siz, nə də rəqib komanda fərqlənə bildi. Necə düşünürsüz, “Qəbələ” Afinada qol vura bilərmi?

- Təbii ki, bunu bacaracaq gücdəyik. Bunun üçün mübarizə aparıb, çalışacağıq. İnanıram ki, qol vurmaq üçün imkanlarımız olacaq. Bu şanslardan yararlanıb, rəqib qapısına yol tapmalıyıq.

 

- Artıq Topaz Premyer Liqasının 3 turu arxada qalıb. Millilərin oyunları öncəsi yaranan fasiləyədək 7 xal toplamısız. Komandanın çıxışını necə dəyərləndirirsiz?

- Hazırda 7 xalımız var. Liderliyə “Qarabağ”la bölüşürük. Düşünürəm ki, bu, yaxşı nəticədi.

 

- Artıq Azərbaycan çempionatında debüt edib, qol hesabınızı açmısız. Premyer Liqanın səviyyəsi haqda nə fikirdəsiz?

- Cəmi 3 tir keçdiyindən nə isə söyləmək çətindi. Həm də bu qarşılaşmalar Avropa Liqası ilə paralel keçdiyindən bütün fikrimizi çempionata yönəltməmişik. Bu üzdən də sırf çempionat haqda danışmağa çətinlik çəkirəm.

 

- Bəziləri Premyer Liqanın aşağı səviyyəli olması haqda fikir yürüdür. Bu fikirlə nə dərəcədə razısız?

- Bunu deyənlər öncə Avropa Liqasına baxsalar yaxşıdı. “Qarabağ”la “Qəbələ” turnirin pley-off mərhələsinədək irəliləyib. “İnter” də az mərhələ keçməyib. Bütün bunlara baxıb, çempionatın zəif olduğunu düşünməsinlər. apasport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail