Qurban Qurbanov: "Hәr bir futbolçu bizim üçün tәhlükәdi"

26.08.2015 | 3282 dəfə oxunub

"Çalışmalıyıq ki, öz şanslarınızdan istifadә edәk. Baxmayaraq ki, sәfәrdә yaxşı nәticә qazanmışıq, lakin rәqib çәtin komandadı”. Stadium.az xəbər verir ki, bu sözləri Qurban Qurbanov deyib.

 

43 yaşlı mütəxəssis Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində sabah baş tutacaq “Qarabağ” – “Yanq Boyz” (İsveçrə) qarşılaşmasından əvvəl təşkil olunan mətbuat konfransına qatılıb. Qurbanov görüş haqda fikirlərini açıqlayıb: “Onların hücum xәtti güclüdü. Rəqibin yaxşı oyunçuları var. Hәr bir futbolçusu bizim üçün tәhlükәdi. Bütün bunları düşünmüşük. Çalışacağıq ki, hәr bir xәtdә inamlı oynayaq. Mәrhәlә adlayacağımıza inanıram. Fikrimcә, bizi maraqlı oyun gözlәyir”.


Qurbanov ot örtüyü və ilk matçda əldə olunan üstünlük haqqında fikirlərini də bölüşüb: "Bu gün stadion haqqında düşünmәsәk, yaxşı olar. Amma ot örtüyü elә dә yaxşı deyil. Sabah Әl Harbi oynamayacaq. Zәdәsi var. Ola bilәr ki, sabah stadionda baxımlı oyun olmasın. Stadionu hamınız görmüsüz. Komandanın sәfәrdәn qәlәbә ilә qayıtması eyforiya yarada bilәr”.

 

“Buna qarşı nә tәdbir görmüsüz" sualına təcrübəli mütəxəssis belә cavab verib: "İnanmıram ki, futbolçularım eyforiyaya qapılsın. Çünki bu qrupa düşmәk üçün son şanasdı. Sәfәrdәki qәlәbә hәr kәsdә ümid yaradıb. Azarkeşlәr vә jurnalistlәr daha çox arxayındı, nәinki komanda. Hamımız bu oyunda qәlәbә istәyirik. Biz hәr kәsi sevindirmık istәyirik. Avropa Liqasında irәli germәk hәr birimiz üçün tәcrübәdi. Bundan istifadә etmәk lazlmdı".

 

Vaxtilə hücumçu olan Qurbanov komandasının qol vurmaqda çətinlik çəkməsinə də münasibət bildirib: "Bәzi oyunlarda 1 qol vurmasan da, kifayәt edir. Әsas odu ki, nәticә bizim tәrәfimizdә olsun. Düzdü, futbolun gözәlliyi qoldu. Biz qol vurmağa çalışırıq, amma müdafiәni də unutmamamalıyıq. Müdafiә xәttini daha da güclәndirmәk lazımdı.

 

Mütəxəssis oyunun taleyini əsas vaxtda həll olunacağına inanır: "Ümid edәk ki, әlavә vaxt olmayacaq. Hamının qeyd etdiyi kimi, penaltilәr lotereyadı. Bu mövzuda futbolçulara yüklәnmirәm. Oyuna 2-3 gün qalmış mәn futbolçularımla bunu mәşq etmirik. Çünki bu onlarda psixoloji gәrginlik yarada bilәr. Amma ay әrzindә olur ki, biz mәşqlәrdә bunu edirik".

 

43 yaşlı çalışdırıcı rәqibin zәif cәhәtlәri haqqında isә bu fikirlәri bildirib: "Rәqibin zәif cәhәtlәri haqqında danışmaq istәmirәm. Oyundan әvvәl bunu demәk yaxşı deyil. Amma "Yanq Boyz" Avropada tәcrübәsi çox olan komandadı. İlk növbәdә oyunda onların hücumlarının qarşısını almağa çalışacağıq".


Braziliyalı yarımmüdafiәçi Çumbinyo haqqında da mәlumat verən çalışdırıcı Elvin Mәmmәdovun adının "18-liy"ә salınmayacağını deyib: "Onun adı siyahıda olmayacaq. Bilirsiniz, atası rәhmәtә gedib. Allah rәhmәt elәsin. Çumbinyo komanda ilә birlikdә mәşqlәrә başlayıb. Yaxın vaxtlarda tam bәrpa olacaq". apasport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail