Cavid Hüseynovun işiylə bağlı aksiya keçirildi FOTO

27.08.2015 | 3448 dəfə oxunub

Bu gün 20-ə yaxın jurnalist Bakı Şəhər Prokurorluğunun önünə toplaşaraq jurnalist Rasim Əliyevin ölümündə işinə səhlənkar yanaşan həkimlərin cəzalanması ilə bağlı aksiya keçirib. Əllərində Rasim Əliyevin fotoları olan jurnalistlər "Rasimin Əliyevin ölümündə günahkar olan həkimlər cəzalandırılsın" şüarları səsləndiriblər.

Komanda.az xəbər verir ki, jurnalistləri Bakı şəhər prokuroru Əziz Seyidov qəbul edib. Rasimin ölümündə işinə səhlənkar yanaşan həkimlərlə bağlı danışılıb. Tanya Kruçkina və Fərqanə Novruzova Rasimin yanında olan ən son şəxslər olsalar da, hələ də onlardan ifadələrinin alınmadığını bildiriblər. Jurnalistlər prokurora həkimlərin səhlənkarlığı ilə bağlı sübutları çatdırıblar. Prokuror bildirib ki, sabah saat 11:00-a jurnalistləri maraqlandıran sualların və ehtimalların yazıldığı müraciətin hazırlanmasını, o cümlədən şahid qismində dindirilmək istəyənlərin müraciət etməsini təklif edib.

Jurnalistlər sabaha qədər həmin sənədi hazırlayacaq və şahid qismində dindirilmək istəyənlər qeyd olunacaq. İstintaq zamanı da jurnalistlərin hazırladığı suallardan istifadə ediləcək.

Avqustun 8-də jurnalist Rasim Əliyev Bayıl qəsəbəsində "Qəbələ"nin üzvü Cavid Hüseynovun özü kimi futbolçu olan bibisi oğlu Elşən İsmayılov və onun dostları tərəfindən döyülmüşdü. Rasim Əliyev avqustun 9-da xəstəxanada vəfat etmişdi. Jurnalistin ölümünə görə Cavid Hüseynov, Elşən İsmaylov və jurnalistin döyülməsində iştirak edən digər şəxslər həbs edilib.komanda.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail