Böyükağa Hacıyev: "Qarabağ"ın şansı daha çoxdur"

27.08.2015 | 2990 dəfə oxunub

AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev "Qarabağ" və "Qəbələ" klublarının Avropa Liqasının pley-off mərhələsində cavab görüşləri haqda fikirlərini bildirib. 

Stadium.Az-ın "Report"a istinadən xəbər verir ki, "Neftçi"nin sabiq baş məşqçisi mərhələ keçdikcə çətinliklərin olduğunu deyib: "Komandalar məğlub olur və yüksək mərhələyə ən yaxşılar gəlir. Həm "Qəbələ", həm də "Qarabağ"ın ilk oyunlarına baxmışıq. Hər iki komanda yığışmalı, bütün ciddiyyətini ortaya qoymalıdır".

B.Hacıyev komandaların qrup mərhələsinə vəsiqə qazanmaq şansını dəyərləndirərkən bildirib ki, "Qəbələ" ilə müqayisədə "Qarabağ"ın şansı daha çoxdur: "1:0 hesabı "Qarabağ"ın üstünlüyüdür. Amma burada 0:0 hesabı olmayacaq. Ya "Qarabağ", ya da rəqib qol vuracaq. Oyuna ciddi yanaşılmalıdır. "Qəbələ" də ilk oyunda qol vurmayıb. Onların şansı 50-50-yədir. Futbolda əvəzolunmaz komanda yoxdur".

Məşqçilər Komitəsinin üzvü vaxtilə baş məşqçisi olduğu "Neftçi" haqda isə danışmaq istəməyib. O, məsələni bu cür izah edib: "Mən "Neftçi" haqda danışmağı tərgitmişəm. Çünki o komanda mənə çox yaxın olub və 3 ildə 6 nəticə vermişəm. İndi "Neftçi"ni belə görəndə danışmaq istəmirəm".

B.Hacıyev yenidən "Neftçi"yə qayıdacağını istisna etməyib: "Həyatda hər bir möcüzəyə inanmaq lazımdır. Sabah nə olacağını bilmək olmaz. Orada işləyənlərə uğurlar arzu edirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail