Tahir Gözəl: "Möhtәşәm qәlәbәyә görә..."

28.08.2015 | 3658 dəfə oxunub

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl komandasının Avropa Liqasının "pley-off" mərhələsinin cavab oyununda "Yanq Boyz"a 3:0 hesabı ilə qalib gələrək qrup mərhələsinə vəsiqə qazandıqları oyundan sonra jurnalistlərə açıqlama verib. Stadium.az xəbər verir ki, o, matç və bu tarixi uğur barədə belə danışıb:

- Görüşlə bağlı təəssüratınızı bilmək istərdik...

- Ən gözəl oyun idi. Maraqlı qarşılaşma və gözəl nəticə münasibətilə bütün "Qarabağ"lıları, ürəyi bizimlə döyünənləri təbrik edirəm. Biz 3 il əvvəl bu komandanı keçə bilməyən "Fənərbaxça"nın da qisasını almış olduq. Vacib qələbə idi, çox sevinirik. Komandamızla qürur duyuruq.

 

- Qrup mərhələsinin oyunları üçün Olimpiya stadionunu sifariş verəcəksiniz?

- Hazırkı məqamda bu suala cavab verə bilməyəcəm. Bu haqda qarşıdakı günlərdə açıqlama olacaq.

 

- "Qarabağ" bəs çempionat oyunlarını hansı arenada keçirəcək?

- Oyunlarımızı Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyik. Qazonun dəyişdirilməsi gündəmdədi. Suraxanıdakı stadionumuz hazır olduqdan sonra Premyer Liqa qarşılaşmalarını orada keçirəcəyik.

 

- Qrup mərhələsinə adladığınıza görə yeni transferlər nəzərdə tutulubmu?

- Bu dəqiqəyə belə bir planımız yoxdu. Komanda formalaşıb. Əfran İsmayılovu bu cür formada görmək bizi sevindirdi. Onun istedadı bizə məlum idi. Əfran bu gün şir kimi mübarizə apardı. Komanda özünə gəlib, yaxşı oyun nümayiş etdirir.

 

- Futbolçuları mükafatlandıracaqsınızmı?

- Bizim standart mükafat siyasətimiz var. Sponsorlarımız komandaya lazımi yardımı göstərir. AFFA prezidenti də futbolçulara mükafat vəd etdi verdi. Biz də həmin mükafatı almağa gedəcəyik.

 

- "Qəbələ" səfərdə "Panatinaikos"la qarşılaşır. Bu oyun haqda nə deyə bilərsiniz?

- Çox çətin oyundu. "Qəbələ"yə uğurlar arzulayıram. "Panatinaikos" çətin rəqibdi. Xoş xəbərlər gözləyirik.

 

- Bu gün stadion tam dolmamışdı. Buna münasibətiniz necədi?

- "Qarabağ" artıq Avropaya uyğun futbol oynayır. Klub ayaqda qalmaq üçün özü gəlir əldə etməlidi. Bunun üçün də biletlərin qiymətində cüzi də olsa dəyişiklik etdik. Bir qədər qiymətləri yüksəltdik. Bu addım azarkeşlərin stadiona gəlişinə təsir etdi. Amma hamımız kluba dəstək olmalıyıq. Böyük klub görmək istəyiriksə, 10-15 manatımızdan keçməliyik. Bu gün stadiona gəlməyənlər nəyi qaçırdıqlarını anlamış oldular. "Qara bazar"a qarşı mübarizəmiz də davam edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail