Qurbanov: “Buna da şükür edirik”

29.08.2015 | 3800 dəfə oxunub

"Qrupu normal dəyərləndirirəm. Püşkatmalar lotoreya kimidir. Qismətimizdə olan bu idi və buna da şükür edirik".  

Bunu açıqlamasında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.   Q.Qurbanov Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirərkən bildirib ki, rəqiblərin hər biri güclü komandadır. Onun sözlərinə görə, bu cür komandaları Bakıda görmək Azərbaycan üçün maraqlı olacaq: "Çalışacağıq ki, nə qədər gücümüz var, azarkeşlərimizi sevindirək. Qismətimizdə budursa, durub hansısa komandanı istəmək düzgün çıxmaz. Heç onu etmərəm. Nə qədər potensialımızın olduğunu daha da yaxından öyrənirik".   Təcrübəli mütəxəssis bildirib ki, püşkatmadan əvvəl hansısa komandalarla eyni qrupa düşmək haqda fikirləşməyib. Baş məşqçi Avropa Liqasının qrup mərhələsində çıxış edəcək "Qəbələ" haqda da danışıb:

"Qrupu normal qiymətləndirirəm və uğurlar arzu edirəm. "Qəbələ" güclü xarakterə malik bir komandadır. İnanıram ki, yaxşı oyunlarla Azərbaycanı sevindirəcəklər. "Borussiya" ilə biz bir neçə il əvvəl oynamışıq. Ona görə də Roman Qriqorçuka mənim kömək etməyimə ehtiyac yoxdu. Futbolçular da dəyişib. Roman nəyi necə lazımdırsa, edəcək".   Q.Qurbanov qeyd edib ki, ilk oyunun hansı komanda ilə harada keçirilməsinin əhəmiyyəti yoxdur: "Onsuz da hər biri ilə oynayacağıq".   Qeyd edək ki, Avropa Liqasının J qrupunda qərarlaşan "Qarabağ" İngiltərənin "Tottenhem", Fransanın "Monako" və Belçikanın "Anderlext" klubları ilə mübarizə aparacaq. report.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail