Vobayın "Qəbələ"yə keçmə ehtimalı 1 faizdir

30.08.2015 | 3602 dəfə oxunub

Julius Vobayın "Qəbələ" ilə müqavilə bağladığına dair iddialar həqiqətə uyğun deyil.

Stadium.az xəbər verir ki, bu barədə klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.

Klub rəsmisi sierra-leoneli yarımmüdafiəçinin "Qəbələ"yə transfer olunmaq ehtimalının 1 faiz olduğunu bildirib: "Biz Vobayla bir neçə ay öncə maraqlanırdıq. Həmin vaxt o, "Neftçi"ni yenicə tərk etmişdi. Amma o vaxtdan klubsuzdur və hansı formada olduğu bilinmir. Vobayın "Qəbələ"yə keçmə ehtimalı 1 faizdir. Bu, yalnız o halda mümkün ola bilər ki, maraqlandığımız digər oyunçularla danışıqlar vaxt azlığı səbəbindən baş tutmasın. Belə variant isə real deyil".

Səfiyarlının fikrincə, Vobayın "Qəbələ" ilə anlaşdığına dair açıqlamalar verməsi özünü reklam və gündəmdə qalmaq istəyi ilə əlaqədar ola bilər. Klub rəsmisi sentyabrın 1-dək yeni oyunçu transferlərini yekunlaşdıraraq, Avropa Liqası üçün Sifariş Ərizəsini UEFA-ya təqdim edəcəklərini vurğulayıb.

Qeyd edək ki, bu gün "Qəbələ"nin Julius Vobayla 1 il müddətinə anlaşdığına dair xəbərlər yayılıb. Futbolçunun özü də xəbərləri təsdiqləyərək, yaxın günlərdə rəsmi müqavilə bağlamaq üçün Azərbaycana gələcəyini açıqlayıb. Vobay ölkəmizdə "Neftçi"dən əlavə, "Xəzər Lənkəran"ın da formasını geyinib.   sportnet.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail