"Mxitaryan? İlham Əliyev bir jesti ilə göstərdi ki, idmanı siyasətə qarışdırmaq olmaz"

30.08.2015 | 3891 dəfə oxunub

Azərbaycanlı futbol mütəxəssisi Arif Əsədovun müsahibəsi

- Avropa Liqasının qrup mərhələsində çıxış edəcək "Qarabağ"la "Qəbələ"nin rəqibləri barədə nə deyə bilərsiniz?
- Öncə onu deyim ki, Azərbaycanın iki klubu birgə qrup mərhələsinə vəsiqə qazanmaqla çox böyük sıçrayışa imza atdı. Özü də onlar İsveçrə "Yanq Boyz"u və Yunanıstan "Panatinaikos"u kimi güclü klubları mübarizədən kənarlaşdırmaqla buna nail oldular. Qrup mərhələsinin püşkünə gəlincə, məncə, klublarımızın heç birinin bəxti gətirmədi.

- "Qarabağ"ın ölüm qrupuna (İngiltərə "Tottenhem"i, Fransa "Monako"su və Belçika "Anderlext") düşdüyünü demək olar?
- "Qarabağ"ın rəqiblərinin təmsil etdikləri ölkələrin adları hər şeyi deyir. Çox güclü klublardır. Güclü çempionatda çıxış etdilər. Amma "Qarabağ"ın məhz belə güclü rəqiblərə qarşı oynamasının özü də müsbət bir faktdır.

- Bəzi mütəxəssislər belə düşünür ki, "Qarabağ" Çempionlar Liqasının qrupunda oynamaq istəyirsə, bu komandalarla oyunlar komandamız üçün növbəti mövsüm öncəsi bir "məşq" olmalıdır...
- Bu komandalarla oyunlar həm də "Qarabağ"ın səviyyəsini göstərəcək. Adətən, belə rəqiblərlə pley-offda qarşılaşırdıq. İndi isə qrup mərhələsində oynamaq məcburiyyətindəyik. Özü də altı oyun. Qrup mərhələsinin oyunları zamanı futbolçularımız üzərində hansısa təzyiq olmayacaq. Onlar uduzan kimi turniri tərk edəcəklərinə dair həyəcan keçirməyəcəklər. Hər iki komandamız sadəcə, öz futbolunu oynamağa, mümkün qədər yaxşı çıxış etməyə, xal və ya xallar qazanmağa çalışacaq. Düzünü deyim ki, "Qarabağ"ın belə bir qrupdan çıxmaq şansları barədə danışmaq çox çətindir. Amma "Anderlext"i qrupda qabaqlamaq olar. Fikrimcə, "Qarabağ" qrup üçüncüsü ola bilər.

- Bu yolda qrup oyunlarının təqvimi nə dərəcədə böyük əhəmiyyət kəsb edir?
- Fikrimcə, bu, elə də vacib əhəmiyyət daşımır. "Qarabağ" hər oyunda mübarizə aparmalıdır. Komandamız ötən mövsüm qrup mərhələsində qazandığı xal ehtiyatını bu il daha da yaxşılaşdıra bilər.

- Ağdamlıların hansı oyunlarını izləməyi düşünürsünüz?
- "Yanq Boyz"la son matçına getmişdim. Rəqiblər arasında şübhəsiz ki, İngiltərə təmsilçisini xüsusi fərqləndirmək olar. "Tottenhem"lə oyuna mütləq gedəcəyəm. Çünki İngiltərə və Azərbaycan klubları hələ heç vaxt qarşılaşmamışdılar.

- "Qəbələ"nin şansları barədə nə deyə bilərsiniz?
- Dediyim kimi, "Qəbələ"nin də püşkdə bəxti gətirməyib (Dortmund "Borussiya"sı (Almaniya), Rusiya "Krasnodar"ı və Yunanıstan PAOK-u). Şübhəsiz ki, Almaniya klubu qrupun favoritidir. Ötən mövsüm problemləri olan Dortmund təmsilçisi bu mövsümə çox yaxşı başlayıb.

- Son günlər bu komandanın erməni yarımmüdafiəçisi Henrix Mxitaryanla bağlı məsələ çox müzakirə olunur. Sizcə, qondarma Dağlıq Qarabağ Respublikasına səfər etdiyi üçün Azərbaycana buraxılmaması gözlənilən bu futbolçu "Borussiya" üçün nə dərəcədə vacibdir?
- Fikrimcə, Mxitaryanın Bakıya gəlib-gəlməyəcəyini düşünməyə dəyməz. Futbol siyasətdən uzaq olmalıdır. Bir müddət öncə ölkəmizdə keçirilmiş ilk Avropa Oyunları zamanı Azərbaycan prezidenti İlham Əliyev bir jesti ilə göstərdi ki, idmanla siyasəti qarışdırmaq olmaz. Mxitaryana gəlincə, o, təbii ki, "Borussiya" üçün önəmli fiqurdur.

- "Qəbələ"yə bu dəfə də Yunanıstan klubu düşdü...
- Hə, "Qəbələ"nin bu baxımdan "bəxti gətirir". Ümid edirəm ki, bu dəfə qalmaqal olmayacaq. Amma PAOK "Panatinaikos"un qisasını almağa çalışacaq.

- "Krasnodar" barədə nə düşünürsünüz?
- Bu klub son illərdə çox artırıb. Ona görə ruslarla qarşılaşma çox çətin keçəcək. Amma mənə elə gəlir ki, "Qəbələ" həm "Krasnodar"la, həm də PAOK-la mübarizə apara bilər. İstənilən halda belə rəqiblərlə oyunlar komandamız üçün çox böyük təcrübə olacaq. azerisport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail