“Qəbələ” klubunun hazırlıq planı bəlli oldu

31.08.2015 | 2525 dəfə oxunub

“Qəbələ”nin Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründəki hazırlıq planı müəyyənləşib. 

Stadium.az xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsindən “Panatinaikos”la (Yunanıstan) avqustun 27-də keçirilən cavab oyunundan (2:2) sonra istirahətə buraxılan futbolçular sentyabrın 1-də bir araya gələcək. 

“Qırmızı-qaralar” həmin gün təlim-məşq toplanışı üçün Ukraynaya yollanacaq. Komanda Odessa şəhərində 6 gün hazırlıq keçəcək. Sentyabrın 7-də Azərbaycana dönəcək Roman Qriqorçukun yetirmələrinin Ukrayna toplanışı çərçivəsində yoxlama oyunu keçirməsi planlaşdırılıb. Roman Qriqorçukun komandası sentyabrın 6-da “Çernomorets”lə qarşılaşacaq. “Qəbələ” təlim-məşq toplanışına tam heyətlə yollanmayacaq. Belə ki, milli komandaların düşərgəsində olan futbolçular hazırlıqlarda iştirak edə bilməyəcək. Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Rəşad Sadiqov və Elvin Camalov Azərbaycan, Ermin Zets Bosniya və Herseqovina, Sergey Zenyov Estoniya millisinin düşərgəsindədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail