"Qəbələ"dən ermənilərə Mxitaryan açıqlaması

31.08.2015 | 3169 dəfə oxunub

"Qəbələ"nin baş meneceri Zaur Əzizov Avropa Liqasının qrup mərhələsində rəqibləri olan "Borussiya"nın (Dortmund) erməni yarımmüdafiəçisi Henrix Mxitaryanın Azərbaycana gəlişi ilə bağlı yaranmış vəziyyətə münasibət bildirib.

 

Stadium.az xəbər verir ki, Qəbələ klubunun rəsmisi "ArmFootball"a açıqlamasında belə danışıb: "İndiki halda klubun mövqeyi o qədər də əhəmiyyətli deyil. Azərbaycan Respublikasının öz qanunları var, hər kəs ona əməl etməlidi. Bu məsləni dövlət orqanları həll edəcəklər. Onlar nə addım atsalar, biz də ona uyğun davaranacağıq. Püşkatmadan sonra biz ölkəmizin qanunları haqqında Dortmund klubunun nümayəndələrinə məlumat verdik. Onlar bizə dedilər ki, bunu klubda müzakirə edəcəklər. Əlbəttə ki, "Borussiya" Azərbaycana tam heyətlə gəlmək istəyir".


 
Mxitaryan 2011-ci və 2012-ci  illərdə Dağlıq Qarabağa səfər edib. Azərbaycan qanunlarına əsasən, işğal altında olan torpaqlarımıza icazəsiz səfər etmiş şəxs ölkəmizə gələrsə, həbs cəzası ala bilər. "Qəbələ" "Borussiya"nı oktyabrın 22-də Bakıda qəbul edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail