"Elnur heç nədən kiməsə kəllə atmayıb, kimisə təpikləməyib"

22.09.2011 | 5632 dəfə oxunub

“Xəzər Lənkəran” Premyer Liqanın VI turunda “Qarabağ”la görüş zamanı kobud oynadığı üçün ikinci sarı vərəqədən sonra meydançanı tərk edərək, komandanı çətin vəziyyətdə qoyan futbolçusu Elnur Allahverdiyevin məsələsinə baxıb. Stadium.az xəbər verir ki, Lənkəran təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirovun verdiyi məlumata görə, Allahverdiyev ilk sarı vərəqəni aldığı epizodda Ağdam komandasının hücumçusu Rauf Əliyevə qarşı sərt oyunu qarşılığında heç bir cəriməyə məruz qalmayacaq. 

Nadirovun fikrincə, həm azarkeşlər, həm də bəzi mətbuat işçiləri tərəfindən Allahverdiyevə qarşı kampaniya aparılır. Məqsəd müdafiəçini pisikdirməkdən ibarətdir: “Elnura 1 qəpik də cərimə tətbiq etmədik. Çünki bu, həm azarkeşlər, həm də bəzi mətbuat işçiləri tərəfindən Allahverdiyevə qarşı bir kampaniya idi. Məqsəd onu pisikdirməkdən ibarətdir. Vəssalam! Başqa məqsəd yoxdur. Elnur bizim futbolçudur. Oyun epizodunda belə alınıb. Əvvəllər bizim futbolçularımızın qolunu da sındırıblar, başını da yarıblar. O zaman oyunçularımızı vuran rəqib komandanın futbolçularını xalq düşməni elan etməli idik?”

“Xəzər Lənkəran” rəsmisi hesab edir ki, bu məsələni çox şişirtmək lazım deyil: “Deyəsən, bu, müəyyən şəxslərə sərf edir. Həmin görüşdə həm “Qarabağ”ın, həm də “Xəzər Lənkəran”ın futbolçuları sərt oynayırdılar. Elnur heç nədən kiməsə kəllə atmayıb, kimisə təpikləməyib. Allahverdiyev oyun epizodunda topa girib. Bunu kimsə şişirdərək, “Qəsdən vurdu, şikəst etdi” deyirsə, yanılır. Əgər Elnur Allahverdiyev şikəst etmişdisə, niyə Rauf Əliyev sonadək oyunu davam etdirirdi?” 

Azərbaycan milli komandasında da çıxış edən Rauf Əliyevin “Xəzər Lənkəran”la qarşılaşmada aldığı zədə üzündən 6 həftəyədək sıradan çıxdığı açıqlanıb. Bu isə gənc hücumçunun oktyabrın 7-də Avstriya, oktyabrın 11-də isə Türkiyə ilə 2012-ci il Avropa çempionatının seçmə qrup matçlarında yığmamıza kömək edə bilməyəcəyi deməkdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail