"Sağ olsun, Tahir müəllim xatırlatdı"- Gündüz Abbaszadə

03.09.2015 | 4072 dəfə oxunub

Sabiq "Neftçi" rəsmisi Tahir Süleymanov açıqlama verərkən bildirmişdi ki, klubdan istefa verən Gündüz Abbaszadə Çempionlar Liqasının matçı vaxtı ("Şkenderbeu" - "Neftçi") Ağdamın işğalının 20 illiyi ilə bağlı canlı yayımda bütün Avropaya elanın verilməsinə və bir dəqiqəlik sükutun elan olunmasına əsas səbəbkar olub.

 

Bu gün Abbaszadə məsələ bağlı sosial şəbəkədə statuspaylaşıb. Stadium.az olaraq, statusu sizə təqdim edirik:

Albaniyada “Skenderbeu” ilə cavab matçından bir gün öncə, qaldığımız otelin həyətində çay içirdik. Tahir Süleymanova dedim ki, "sabah Ağdamın işğalının 20 ili tamam olur. Bəlkə məsələ qaldıraq, 1 dəqiqəlik sükut edək?" Tahir müəllimin cavabı qısa oldu. "Başını yorma, UEFA buna icazə verməz! Sən UEFA-nın qaydalarını bilirsən. Siyasi məsələlərə çox həssas yanaşırlar". Dedim, "Tahir müəllim, bəlkə cəhd edək?" O dönəmdə klub prezidenti olmuş Sadıq Sadıqovun razılığını aldıqdan sonra işə başladıq. Hazırda klubda çalışan tərcüməçimiz Qədir Həsənovla birlikdə UEFA nümayəndəsi slovakiyalı Riçard Havrillanın qarşısında necə ağladıqsa, ürəyi yumşaldı və 1 dəqiqəlik sükuta, eləcə də 4 cümləlik mətnin stadionda 3 dildə (Azərbaycan, ingilis və alban) səsləndirilməsinə icazə verdi. “Neftçi” bunu bacarmışdı! Çempionlar Liqasının təsnifat oyununda! Əslində bunu Gürcüstanda “Çixura” ilə matçda da etməli idik. Xatırlayırsınızsa, o ərəfədə döyüşlər qızışmışdı və bir neçə əsgərimiz şəhid olmuşdu... Bütün təzyiqlərə baxmayaraq, həmin oyunda da bir dəqiqəlik sükutu razılaşdırmışdıq. Amma və lakin matçın başlamasına bir neçə saat qalmış sapı özümüzdən olan baltalar bunu əngəllədilər. Kim? Hələlik bu məndə qalsın...

 P.S. Yadıma düşmürdü heç. Sağ olsun, Tahir müəllim xatırlatdı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail