"Neftçi İdman Klubu" futbolun inkişafına töhfəsini verir

03.09.2015 | 2925 dəfə oxunub

36 idman növünü özündə birləşdirən "Neftçi İdman Klubu" İctimai Birliyinin Azərbaycan idmanında önəmli yeri var. Klubumuzda idmanın şahı sayılan futbolun da inkişafına xüsusi diqqət göstərilir. "Neftçi İdman Klubu"nun yeni layihəsində bu idman növünün daha da inkişaf etdirilməsinə geniş yer ayrılıb. Əlbəttə ki, ən populyar növün "onurğa sütunu" uşaq futbolu sayılır. İstənilən klubun peşəkarlaşması üçün uşaq komandalarına malik olması, bu idman növünü azyaşlılar və yeniyetmələr arasında inkişaf etdirməsi çox vacib şərtdir. Rövnəq Abdullayev AFFA prezidenti seçildikdən sonra bu sahəyə diqqət və qayğı daha da artıb. Rəhbərlik üçün prioritet məsələlərdən biri məhz uşaq futboludur. "Neftçi İdman Klubu" bu fəaliyyət sistemini əsas götürərək uşaq futbolunun inkişafı ilə bağlı xüsusi layihələr həyata keçirir. Uşaq futbolunda çalışmış təcrübəli mütəxəssislər, kateqoriyalı məşqçilər bu işə cəlb olunub. Klub tərəfindən seleksiya xarakterli toplantılar keçirilir, istedadlı uşaqlar, yeniyetmələr seçilərək klubun müxtəlif yaş qrupları üzrə komandalara cəlb olunurlar. Belə tipli oyunlardan bir neçəsi də bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunun örtülü idman meydançasında keçirilib. Məşqçilər qarşılaşmaları izləyərək qeydlərini ediblər və fərqlənənləri seçiblər. (neftchi.org)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail